Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki uşaq anası sevgilisini öldürüb: "Məni hədələdi, vurdum”

Türkiyənin Konya şəhərinin Çumra rayonunda iki uşaq anası sevgilisini öldürüb.

“Haber Global”ın xəbərinə görə, evli olan Salihə Ö. sevgilisi Sadiq Akmanı tapança ilə vuraraq öldürüb.

Belə ki, 26 yaşlı Salihə Ö. və 34 yaşlı Sadiq Akman sevgili olublar.

Sonuncu dəfə onlar dəmir yol vağzalının tualetində görüşüblər. Bu zaman S.Akman Salihə Ö.-yə münasibətlərini ərinə deyəcəyini söyləyib.

Bununla bağlı onlar arasında mübahisə yaranıb və Salihə Ö. tapança ilə S.Akmanı sinəsindən güllə ilə vurub.

Ağır yaralanan həmin şəxs ətrafdakı insanların çağırdığı təcili yardımla xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Salihə Ö. isə polis məntəqəsinə gedərək təslim olub.

O, verdiyi ifadədə “Sadiq Akman ilə bir müddətdir yaxın münasibətimiz var idi. Məni münasibətimizi ərimə deməklə hədələyirdi. Bu dəfə də hədələdi, vurdum”, - deyib.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »