Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bala pələngləri dondurub qaçırmağa cəhd ediblər - Foto

Vyetnamda hüquq-mühafizə orqanları yeddi ədəd donmuş pələng cəsədi aşkarlayıblar.

REN TV xəbər verir ki, cəsədlər brokonyerliklə bağlı həbs edilmiş yerli sakinlərdən birinin avtomobilində tapılıb.

Uzun müddətdir genişçaplı qanunsuz ovçuluqla məşğul olan şəxs Laosda vəhşi heyvanları ovlayaraq gizli yollarla Çin və Vyetnamdan olan müştərilərinə satırmış.

 Bütün pələnglər yetişkin olmayan balalardı. Hələlik brokonyerin onları pələng yetişdirmək üçün nəzərdə tutulan fermalardan aldığı, yoxsa qeyri-qanuni şəkildə ovladığı bəlli deyil.

Qeyd edək ki, sözügedən pələnglərin ətləri Çin təbabətində, dərisi isə bəzək əşyaları kimi geniş istifadə olunur.

Qeyri-qanuni ovçuluq nəticəsində onların kökü kəsilmək ehtimalı yaranıb. (oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »