Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Çernobıl xilasedicisi faciə haqda seriala baxandan sonra intihar etdi
Çernobıl

Çernobıl Atom Elektrik Stansiyasındakı partlayışdan sonra ora ilk yollanan xilasedici qruplardan birinin üzvü həyatına son qoyub. Qazaxıstanda yaşayan Naqaşibay Jusupov intihar edib.

Bizimyol.info xəbər verir ki, qızı atasının məşhur “Çernobıl” serialına baxandan sonra həyatla vidalaşmaq qərarına gəldiyini iddia edir. Dediyinə görə, atası mini-serialı göz yaşları içində izləyib, həmin hadisələri xatırlayaraq bir daha sarsılıb.

Aktyubinsk Çernobıl əlilləri ictimai birliyinin rəhbəri Bakitjan Satov bildirir ki, Jusupov elektrik stansiyasının dördüncü blokunda işləyib. Xilasedici ağır şərtlər altında yaşayırmış. Uzun illər mənzil növbəsində olub, amma arzusuna çatmayıb. Çernobıldan qayıdandan sonra güclü başağrıları olurmuş. Bəzən küçədə getdiyi yerdə yıxılırmış.

“Çernobıl” serialı 1986-cı ildəki faciəyə həsr olunub. Mayın 6-da ekranlara çıxıb.

Paylaş »
››› Azər Axşam həyat yoldaşını dəstəklədi, dövlət başçısına müraciət edəcəyini bildirdi - Foto
››› Cavidin qatili “Altes Qrup”un prezidentinin qardaşı oğludur
››› Ərdoğan Azərbaycanda açıqladı: "İndi biz altı dövlət, tək millətik"
››› Ərdoğan: "Dünyanın gözü önündə terrorçulara 30 min yük maşını silah verdilər"
››› Yanvarın 1-dən evini sığorta etdirməyənlər cərimələnəcək
Son xəbərlər
Bütün xəbərlər »