Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bitum gölünə düşmüş kişini ülgüclə təpə-dırnaq “qırxdılar” - Foto
Rusiyanın Voronej vilayətinin Pavlovsk şəhərində “Don” M-7 magistralı yaxınlığında bitum gölünə düşən kişi ölümdən dönüb.

Zərərçəkən başdan-ayağa neft-mazut örtüyünə bürünüb və onun üzərindən bu qarışımı təmizləmək heç də asan olmayıb. Təcili yardım maşını ilə şəhər xəstəxanasına gətirilən şəxsin üzərində cərrahlar bir neçə saat çalışmalı olublar.Həkimlər qatı məhlulu onun üzərindən təmizləmək üçün bir neçə ülgücdən istifadə etməli olublar. Hazırda həmin şəxsin həyati təhlükəsinin olmadığı bildirilir.

Bu ərazidə bitum gölü bir il əvvəl yaranıb. Belə ki, Pavlovsk asfalt-beton zavodu bağlandıqdan sonra zavodun tullantıları magistral yolun kənarına tökülüb. Bir il ərzində bu ərazi qorxunc, qara bataqlığıa çevrilib.

Mazut gölünə düşənin bədənini qırxdılar 888

Son xəbərlər
Bütün xəbərlər »