Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Muzdla işləyənlərin sayında artım var"

Ötən dörd ay ərzində qeyri-büdcə təşkilatları üzrə sosial daxilolmalar 16 faiz artıb.

Oxu.Az-ın məlumatına görə, bunu Vergilər nazirinin müşaviri Xəqani Abdullayev “III Milli Mühasiblər Forumu”nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu ilin sonuna kimi iqtisadiyyatın şəffaflaşması gözlənilir:

“Düşünürəm ki, vergi ödəyiciləri ilə daha sıx tərəfdaşlıq edə biləcəyik”.

Müşavir bildirib ki, ötən ilin birinci rübü ilə müqayisədə, bu ilin birinci rübündə muzdla işləyənlərin sayında 114 mindən çox artım olub:

“Qeyd olunan dövrdə qeyri-neft sektorunda muzdlu işçi sayı 97 mindən çox artıb. Ümid edirik ki, bu ilin sonuna kimi muzdlu işçilərin sayı daha da artacaq. Bunun 85 faizindən çoxu özəl bölmənin artımı hesabınadır”.

Qurum rəsmisi deyib ki, qeyri-neft sektorunda əməkhaqqı fondu 19 faizdən çox artıb.

Son xəbərlər
Bütün xəbərlər »