Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dayanmadan 480 km qaçdı, rekorda çatmadı - Foto

Rusiyada bir idmançı dayanmadan 72 saat qaçıb. Vitali Didenko bu müddətdə 480 km qət etməyi bacarıb.

Bizimyol.info xəbər verir ki, cüdoçu bununla Rusiya rekordunun sahibi olub. Didenko 3 sutka ərzində yatmayıb. Yalnız kiçik fasilələr zamanı ayaqlarını masaj edib.

Didenkonun məqsədi dünya rekorduna çatmaq idi. Amerikalı Din Karnasis 2005-ci ildə dayanmadan 560 km qaçmışdı. Amma Didenko hələlik bu rekorda çata bilməyib.

Vitali Didenko Vitali Didenko | Foto: Instagram @krasnoe_znamia

Rusiyalı idmançı startdan əvvəl “Instagram” hesabında yazmışdı: “Ən əsası sənə heç kim inanmayanda təslim olmamaqdır. Arzularınıza sadiq qalın!”

Didenko belə uzun məsafəyə üç il hazırlaşıb. İdmançı 2016-cı ildə bir sutkada 200 km qaçmağı bacarmışdı.

Son xəbərlər
Bütün xəbərlər »