Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişilərin qadınları qıcıqlandıran xüsusiyyətləri açıqlandı

“Reddit” sosial portalı maraqlı sorğu keçirib. Sayt kişilərin qadınları qıcıqlandıran xüsusiyyətlərini müəyyənləşdirməyə çalışıb.

Bizimyol.info xəbər verir ki, mövzu ilə bağlı 6,5 min rəy yazılıb. Ümumi fikir belədir ki, qadınları daha çox kişilərin qabalığı və mədəniyyətsizliyi qıcıqlandırır.

“M_Ad” nikli istifadəçinin kişilərin tanışlıq vaxtı konkret qadın tipini tənqid etməsi xoşuna gəlmir. “PlatinumBananya” sevgilisinin cinsi həyata 12 yaşında başlaması ilə öyündüyünü yazıb, bu xüsusiyyəti bəyənmədiyini bildirib. “Orange_Paisley” nikli qız da belə özündənrazılıqdan zəhləsi getdiyini qeyd edib.

“Electric29” kişiləri kobud olmamağa çağırıb: “Bəzi oğlanlar hesab edir ki, onlar zəhmli olmalıdır. Guya əsl kişiyə xas davranışdır. Şəxsən mən həmişə xeyirxah obrazları xoşlamışam”.

“BeeRandi1o3” kişilərin dava və həbsxana xatirələrindən cana doyub. Başqa bir qız kişilərin açıq-saçıq fotolar göndərməsindən şikayətlənib.

“WaffleIron50” nikli istifadəçini isə əks cinsin nümayəndələrinin yerə tüpürməsi qıcıqlandırır.

Son xəbərlər
Bütün xəbərlər »