Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Arif Alışanov, mənimlə ədavətin nə idi?” - Video

Əməkdar artist Vasif Məhərrəmli vəzifəsindən azad edilən AzTV-nin sədri Arif Alışanova müraciət edib. “Qafqazinfo” xəbər verir ki, tanınmış müğənni instaqram səhifəsində video paylaşaraq kanalın sabiq rəhbərindən “zapret”ə düşmə səbəbini soruşub.

O, A. Alışanovu peşəkar televiziya rəhbəri kimi görmədiyini qeyd edib: "Videonu paylaşmaqda məqsədim var. Son vaxtlar cənab prezident tərəfindən aparılan kadr siyasəti məni mədəniyyət əsgəri kimi çox sevindirir. 10 ildən artıqdır ki, AzTV-də yoxam. Kanalın təşkil etdiyi təbirlərə dəvət almıram, çıxış etmirəm.

Bunun səbəbini Arif Alışanovdan soruşmaq istəyirəm. Mənimlə ədavətin nə idi? Cavab verə bilməyəcəksən. Çünki peşəkar insan, televiziya adamı deyilsən. Öz işinlə məşğul olsan daha yaxşı olar. Gec-tez haqq-ədalət öz yerini tutur".

Paylaş »
››› İşçilərə maaş əvəzinə bir qarın yemək veriləcək
››› Hər şeyə çarə bildiyimiz “paltar sabun”unun zərərləri
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Əcnəbi futbolçunun azərbaycanlı xanımı: "Bunu yoldaşıma surpriz etmişəm, baldızımla mənim fikrimdir"
››› Ortada yeyib kənarda gəzən Komitə, yaxud vəzifəsini anlamayanlara niyə maaş veririk...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
Son xəbərlər
Bütün xəbərlər »