Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı-Şamaxı-Yevlax yolu buz bağladı - Foto

Günorta saatlarından Qobustan rayonu ərazisində yağan qar axşam radələrində sürücülər üçün çətinlik yaradıb.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan və Şamaxı rayon ərazisindən keçən hissəsində yollar buz bağladığından avtomobillərin hərəkəti çətinləşib. Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 7 saylı Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Magistiral yolun 86, 116 km olan ərazilərində yaranan çətinliyin aradan qaldırılması üçün yollara duz və qum səpilib.

Eyni zamanda Qobustan rayonu Xirmilli kəndi, eləcə də Pirqulu yoluna yağan qar səbəbindən yollarda çətinlik yaranıb. Yol idarəsinin texnikaları vasitəsilə yollar qardan təmizlənib.

Hazırda qardan və buzdan təmizlənən yollarda hər iki istiqamətdə hərəkət bərpa olunub.

Xatırladaq ki, günorta saatlarından etibarən Qobustan, Şamaxı, Ağsu, İsmayıllı və Qəbələ rayonu ərazilərinə qar yağmağa başlayıb. (Qafqazinfo.az)

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Zibil qabından tapdığı 70 min dolları sahibinə qaytardı, cüzi mükafat aldı
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
››› Test imtahanlarında bəzi fənlər dəyişdirilir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "SinoVac peyvəndindən 3-5 ay sonra yenidən yoluxurlar"
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
Son xəbərlər
Bütün xəbərlər »