Bizimyol.info xəbər verir ki, Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bu iş üzrə məhkəmə baxış iclası bir neçə dəfədir baş tutmur.
Qeyd edək ki, Vidadi Zeynalovun qohumları Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti veriblər. Onlar əmlakları üzərinə qoyulmuş həbsin götürülməsini tələb ediblər.
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynov ona verilən cəzadan narazıdır. O, barəsində bəraət hökmünün çıxarılmasını və üzərində həbs olan əmlaklarının özünə qaytarılmasını istəyir.
Digər məhkumlarda günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını və bəzi əmlaklarının üzərinə qoyulan həbslərin götürülməsini istəyiblər.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalovla B.Hüseynov 13 il, N.Məmmədov 11 il,
E.Məmmədov 10 il, A.Mustafayev 5 il, Q.Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədov, O.Rüstəmov, S.Hümbətov, C.Cəfərov və B.Vəliyevəin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.
Bakı Apellyasiya Məhkəməsində Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası 7 il 6 ay salınıb.
Namazalı Məmmədov, Emin Məmmədov, Anar Mustafayev və Qəmbər Beybalayev barəsində isə şərti cəza tədbiq edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.
Rəşad VAQİFOĞLU