Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödəniş verilir

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik ödəniş verilir.

Bu ödənişi alanlardan biri şəhid Yusif Əliyevin atası İmaməddin Əliyevdir.

Bizimyol.info-ya açıqlama verən İ.Əliyev bildirib ki, 1968-ci il təvəllüdlü Yusif Əliyev 1983-cü Quba rayonu Kürkün kənd orta məktəbinin məzunu olub: “Dəmiryolu Texnikomuna qəbul olub. Sovet dövründə iki il hərbi xidmətdə olub.

Hərbi xidmətdən sonra ixtisası üzrə işləyib. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərə könüllü olaraq qoşulub. Füzuli rayonu Böyük Bəhmənli və Horadiz, eləcə də, Ağdam rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. 18 aprel 1994-cü il tarixində şəhid olub. Kürkün kən qəbirstanlığında dəfn olunub”.

İ.Əliyev deyib ki, Quba rayonu Kürkün kənd orta məktəbi şəhid Yusif Əliyevin adını daşıyır və məktəbdə onun büstü qoyulub.

Şəhid Cəbrayılov Rizvan Həsən oğlunun anası Firuzə Cəbrayılova bizimyol.info-ya bildirib ki, ona da 11 min manat birdəfəlik ödəniş verilib.

“Oğlum 1975-ci ildə anadan olub. 1993-cü ilin aprel ayından işğal olunan ərazilərin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdi. Füzuli rayonu Horadiz qəsəbəsi istiqamətində gedən döyüşlərdə qəhrəmancasında döyüşüb. 1994-cü ilin yanvar ayında şəhid olub”.

Hazırda təhsil aldığı Quba rayonu Təngəaltı kənd tam orta məktəbi R.Cəbrayılov adını daşıyır.

Şəhid ailələri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsinə görə dövlətə təşəkkür edib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »