Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəki insanlarda olan dörd maraqlı vərdiş

Adətən elmlə məşğul olan və araşdırma aparan insanlarda maraqlı vərdişlər ortaya çıxır.

Bu onların ətrafında olan ailə üzvlərinin və tanışlarının da təəccübünə səbəb olur. Moderator.az belə insanlarda olan dörd maraqlı vərdiş haqda yazını təqdim edir.

1. Dağınıq olmağa meyilli olmaları.

Onların təmiz olmadığını düşünə bilərsiniz. Amma dağınıq olmaqla, təmiz olmaq arasında fərqlər var. Deyilənə görə dağınıq masada yaradıcı və yeni fikirlərin olması ehtimalı çoxdur. Yaradıcılıqla məşğul olduğunuz otağınız nə qədər dağınıq olsa da, narahat olmayın. Bu sizin zəki biri olduğunuzdan xəbər verir.

2. Öz-özüylə danışanlar.

Onların dəli olduğunu düşünə bilərsiniz, amma özünüzü onların yerinə qoyun. Ağlınıza bir fikir gəlir və bunu düşünərək küçədə gedirsiniz. Biriylə bu fikri bölüşmək istəyirsiniz, amma danışmaq üçün kimsə yoxdur. Belə olanda da məcbur olub öz-özünüzə danışarsınız.

3. Uzun zaman yuxusuz qala bilmək.

Əgər fikirləşən bir adamsınızsa, yatağınıza yatmadan öncə ağlınıza gələn suala cavab tapmayana qədər yuxunuz ərşə çəkilər. Narahat olmayın. Daha çox yuxusuz qalmanız düşünən bir insan olduğunuzdan xəbər verir. Yuxusuz qalmaq daha çox sizə vaxt qazandırır və suallarınıza daha yaxşı cavablar tapa bilirsiniz.

4. Geyimlərin onlar üçün önəmli olmaması.

Bu cür adamların özəlliklərindən biri də geyimlərinə önəm verməmələridir. Onlar qarşılarındakı adama da geyiminə görə qiymət verməzlər. Hər zaman rahat geyimlər seçərlər və bir paltarı kirlənənə qədər hər gün geyərlər.

Sonda onu deyək ki, əgər bu dörd özəlliyə sahibsinizsə, özünüzlə qürur duya bilərsiniz.

Son xəbərlər
Bütün xəbərlər »