Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevgilisi tərəfindən döyülən Sıla danışdı

Aktyor Ahmet Kural tərəfindən döyülən müğənni Sıla ilk açıqlamasını verib.

Bizimyol.info-un Qafqazinfo.az-a istinadən məlumatına görə, sevgilisindən polisə şikayət edən müğənni başına gələnləri sosial şəbəkədə yazıb:

“Həyatımdakı insanın fiziki zorakılığına məruz qaldım. Bu, fiziki zərbə bir kənara, insanın qadın tərəfini darmadağın edən bir hadisə imiş. Bu ölkədə bu günə qədər nə qədər zorakılığa məruz qalmış qadın varsa bir anda göz-gözə gəldiyiniz andır. Küçəyə çıxıb “Mən şiddətə məruz qaldım” deyə bağırmaq asan deyil. Ancaq sussam, əvvəlcə özümə, sonra da bu ölkənin qadınlarına qarşı haqsızlıq etmiş olacağam. Bu səbəbdən susmamaq qərarı aldım. Qanunların mənə verdiyi haqlarımdan istifadə edəcəyəm. Heç bir cəza yaşadığım kabusu həyatımdan silməyəcək. Bunu çox yaxşı bilirəm. Mənə göstərilən qorxunc şiddət qarşısında susmamağı seçirəm. Bəziləri heç vaxt sevilməyi öyrənməmiş ola bilər, ancaq məncə, eşqin bununla heç bir əlaqəsi yoxdur!”.

Son xəbərlər
Bütün xəbərlər »