Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bütün şəhəri sərəncamına alan 84 yaşlı qarı orda istədiyini edir - Fotolar

84 yaşlı Elsi Eyler özü özünə vergi ödəyir, özü özünü yekdil səslə şəhərin meri seçir və alkoqollu içkilər sata bilmək üçün özü- özünə lisenziya verir.

Yox bu qadın dəli deyil. Sadəcə bir səbəb var - Nebraska ştatında yerləşən Monovi şəhərində ondan başqa heç kim yaşamır. Buna baxmayaraq,  Monovi bütün dünyada tanınan və turistlərin  sıx ziyarət etdiyi bir yerdir.

Monovi şəhəri hələ ötən əsrin 60-cı illərindən etibarən boşalmağa başlayıb.Əvvəlcə poçt şöbəsi, daha sonra  ərzaq mağazaları bağlandı, 1974-cü ildə yerli məktəbi yalnız bir məzun başa vurmuşdu. Elsi Eylerin oğlu və qızı da bu şəhəri tərk edib. 2004-cü ildə əri Rudi öldükdən sonra Elsi bütün şəhərdə tək qaldı və buranın idarəçiliyini öhdəsinə götürdü. İndi o eyni zamanda həm mer, həm xəzinədar, həm barmen, həm də kitabxanaçıdır.

Hər il Elsi barın divarından şəhərdə mer seçkisi başlaması barədə elan asır Daha sonra özü -özünə səs verir. Zarafat kimi görünsə də Elsi buralardakı torpaqların  kadastrını tutmağa mükəlləfdir.Üstəlik Elsi hər il özü- özünə 500 dollar vergi verir. Şəhərin su və işıq təchizatını təmin edə bilmək üçün.

“Alkoqollu içki sata bilmək üçün mən bələdiyyəyə ərizə verirəm. Sonra o ərizəni elə özüm imazalayıb özümə icazə verirəm.Bu şəhərdə hər şey qanunidir”- deyə Elsi bildirir. Hər kəsin istifadə edə biləcəyi kitabxanda 5000 kitab var. Elsi bələdiyyə idarəsi yaxınlığındakı treylerdə yaşayır.Elsi tavernanı hər gün saat 9-da açır. Yaxınlıqdan keçən yük maşınlarının sürücüləri mütləq Elsinin tavernasına baş çəkirlər. 2004-cü ildən etibarən məhz Elsiyə görə Monovi məşhurlaşıb və turistlərin mütləq baş çəkmək istədiyi şəhərə çevrilib.

İlhamə Rəsulova

.

.

Son xəbərlər
Bütün xəbərlər »