Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Mişel Obamanın xeyrinə ikinci müddətə prezident seçkilərindən imtina edəcək - "Der Spiegel"
Bayden Mişel Obamanın xeyrinə ikinci müddətə prezident seçkilərindən imtina edəcək - "Der Spiegel"

ABŞ Demokrat Partiyasının bəzi üzvləri bu fikirdədilər ki, 2024-cü ilin avqustunda Çikaqoda keçiriləcək partiya qurultayında ABŞ prezidenti Co Bayden qarşıdan gələn seçkilərdə iştirak etməmək qərarını açıqlayacaq və Ağ Evin keçmiş rəhbəri Barak Obamanın həyat yoldaşı Mişelin namizədliyini irəli sürməyi təklif edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə “Der Spiegel” yazıb.

Qeyd olunur ki, Demokratlar Partiyası hətta Mişel Obamanı potensial namizədlərlə bağlı keçirdiyi rəy sorğularına da qatıb. "Bir çox amerikalı qadın prezident arzusundadır", - deyə media vurğulayıb.

Jurnalistlərin fikrincə, amerikalıların üçdə ikisi Baydeni daha dörd il ABŞ-a rəhbərlik etmək üçün çox yaşlı hesab edir. Bir çoxları ölkənin hazırkı liderindən çox da gənc olmayan və qanun pozuntuları ittihamı ilə həftənin bir neçə gününü məhkəmələrdə keçirən eks-prezident Donald Trampdan da qorxur.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evin hazırkı rəhbəri Co Baydenin administrasiyasını “Gestapo” ilə müqayisə edib. O, bunu öz hüquqi problemlərindən danışarkən, prokurorları günahlandıraraq deyib.

Tramp həmçinin ona qarşı iki federal işi mühakimə edən xüsusi prokuror Cek Smiti “vəhşi quldur” və “anormal” adlandırıb.

Mətbuat həmçinin bildirir ki, Trampın ikinci prezidentliyi Avropanı “parçalaya” bilər. "Politico" yazır ki, keçmiş prezidentin qayıdışı ABŞ-da artıq göz ardı edilə bilməyəcək dəyişiklikləri gücləndirəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »