Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Önəmli olan boyu deyil..." - "Qarpızın böyüklüyünə aldanmayın, gübrəli olub-olmamasını yoxlayın"
"Önəmli olan boyu deyil..." - "Qarpızın böyüklüyünə aldanmayın, gübrəli olub-olmamasını yoxlayın"

Paytaxtın bir çox meyvə-tərəvəz bazarlarında qarpız satışına rast gəlinir. Kiloqramı bir manat əlli qəpik və üzəri olan qarpızlar satılır. Buna rəğmən, vətəndaşlar qarpız almağa tələsmirlər və bildirirlər ki, onlar indi qarpız almağa çəkinir. Səbəb də odur ki, aprel-may aylarında satışa çıxarılan qarpızlardan zəhərlənmə halı daha çox olur. Ancaq satıcılar qeyd edir ki, satılan qarpızın heç bir təhlükəli tərəfi yoxdur və aprel-may ayında qarpız satılmasını da normal hesab edirlər.

  • Aprel ayında qarpız yetişirmi?

  • Qarpızın tam yetişmə vaxtı nə zamandır?

  • Vətəndaşların qarpıza qarşı çəkingən davranışlarında haqlı səbəblər varmı?

  • Aprel ayında satılan qarpız zəhərlənmələrə səbəb ola bilərmi?

"Azad İstehlakçılar" Birliyinin sədri, qida üzrə ekspert Eyyub Hüseynov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

Eyyub Hüseynov Eyyub Hüseynov

"Bu cür qarpızlar istixanalarda yetişdirilir. Aydındır ki, istixanalarda istənilən mövsümdə, istənilən kənd təsərrüfatı bitkisini yetişdirmək mümkündür. Əlbəttə ki, onlara xüsusi aqrotexniki qulluq olunur, temperatur rejimi gözlənilir və sair.

"Azad İstehlakçılar" Birliyində olan xüsusi dozimetrlə biz illər boyu qarpızların tərkibində olan nitratları yoxlayırıq. Çox yaxşı haldır ki, ildən ilə həmin nitratların sayı azalır. Biz hətta onu da bilməliyik ki, qarpız istixana şəraitində yox, açıq bostan şəraitində yetişdirilsə belə, yerdə olan azot gübrələrini çəkir və nitratların miqdarı əksər hallarda artıq olur.

Qarpızın açıq havada yetişmə mövsümü, əlbəttə, avqust, sentyabr aylarında olur. Lakin istehlakçılar qarpız alan zaman məhsula çox gübrə verilib, verilmədiyini öyrənsinlər. Biz bilirik ki, bunun üçün istehlakçılarda xüsusi avadanlıqlar yoxdur.

Qeyd edək ki, gübrəsi az olan qarpız qabığının qalınlığı yarım sm-dən artıq olmur, kəsəndə al qırmızı olur. Ancaq gübrə verilmiş qarpızların çəkisi artıq, qabığı bir sm qalınlığında və kəsilən zaman rəngi çəhrayı, içində yoğun ağ zoğlar olur. Ona görə də az gübrəli qarpızların çəkisi beş kq-dan artıq olmur. Yəni qarpızın böyüklüyünə əhəmiyyət verməsinlər.

Həmçinin, qarpızı bir oturuma yemək olmaz. Ola bilsin ki, məhsulun daxilində nitrat miqdarı artıqdır. Bu zaman zəhərlənmə halı baş verə bilər" - deyə, ekspert əlavə edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »