Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dövlət satınalmalarında süni intellektin tətbiq edilməsi üzrə müzakirələr aparılır"
"Dövlət satınalmalarında süni intellektin tətbiq edilməsi üzrə müzakirələr aparılır"

13 may tarixində Gülüstan Sarayında ölkəmizdə təchizat zəncirinin inkişafı istiqamətində bilik və təcrübələrin paylaşılması üçün yerli və xarici peşəkar spikerlərin öz təcrübələrini bölüşdüyü “Təchizat Zənciri Liderləri Zirvəsi” Bakı 2024-ün dövlət və özəl müəssisələrin ortaq tərəfdaşlığı ilə tədbiri keçirilib.

Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, Təchizat Zənciri Liderləri Zirvəsi “Yeni Dəyər Zənciri” şüarı ilə mövzusu, spikerləri, keçirilmə formatı və tətbiq etdiyi yenilikləri ilə təkcə ölkəmizdə deyil, regionumuzda da təchizat mərkəzinə çevrilmənin nəzəri və praktiki yollarının müzakirə edildiyi platforma rolunu oynayır. Forum 600-dək peşəkar mütəxəssis, dövlət və özəl sektordan olan təchizat rəhbərləri, kiçik, orta və böyük şirkətlərin əsas alıcı və satıcılarının bir yerdə olduğu 15-dən artıq spikerin iştirakı ilə keçirilib.

Təchizatın strateji idarəedilməsindən bəhs edilən panelin açılışını moderator Ehtiram Quliyev edib: "Strategiyalar şirkətlərin gələcəyinin ən önəmli sütunudur. Ona görə də bu tədbirin təşkilatçılarına dərin təşəkkürümü bildirirəm. Həddindən artıq dəyərli spikerlərimiz var. Bu paneldə özümün də öyrənəcəyim çox ciddi mövzular var"

Paneldə Milli Məclisin deputatı Vüqar Bayramov, Antiinhisar Birliyinin nümayəndəsi Cəfər Babayev, "Azərsun"un direktoru Savaş Uzan, "Demirören" şirkətinin nümayəndəsi Yusif Kandemir paneldə iştirak ediblər.

Ölkəmizdə ilk dəfə keçirilən Təchizat Zənciri Liderləri Zirvəsi uğurla yekunlaşdı!

Vüqar Bayramov: "Rəqabət Məcəlləsi iyulun 1-də qüvvəyə minəcək. Qanun layihəsi hazırlanan zaman xarici təcrübənin öyrənilməsi və bu yöndə müzakirələrin aparılması həyata keçirilirdi. Biznesin təşviqinə ehtiyac var. Digər tərəfdən, dövlət də investisiya mühitinin formalaşmasından məsul olmalıdır. Dövlət sahibkar olmamalıdır, onun əsas funksiyası sahibkarları dəstəkləməkdir. Əsas məqsəd xərclərin minimumlaşdırılmasıdır. Bu, dövlətin əsas vəzifələrindən biridir. ABŞ daxil olmaqla, bir çox ölkədə yaradılan əsas institutlardan biri də iqtisadi xərclərin azaldılmasıdır. Ötən əsrin 80-ci illərində innovasiya əsasən biznesdən formalaşırdı. Artıq yeni dönəmdə kiçik biznesi və innovasiyaları yaradan institutlar, universitetlərdir. İndi biznes daha da inkişaf edib. Gündəlik istifadə ediyimiz feysbukun dəyərləri "CNN"-in aktivlərindən daha dəyərlidir. Son 20 ildə yaradılan şirkətlər, onların təklif etdiyi xidmətlər daha çox virtual xidmətlərdir. Xüsusən innovasiyanı təşviq edən dövlətlər biznesin formalaşmasında maraqlıdırlar.

Mən Cənubi və Şimali Koreyanı müqayisə etmək istəməzdim. Cənubi Koreyada innovasiya və azad biznes mühiti var. Şimali Koreya ilə bağlı vəziyyət, bu sahədə yaxın perspektivdə ürəkaçan deyil. O baxımdan, təchizat xərclərinin minimumlaşdırılması innovativ yeniliklərin artmasına şərait yaratmalıdır. Telefonun dəyəri onun içindəki proqramlarla dəyərlidir. Həmin innovativ proqramların telefonu daha "smart", yəni ağıllı edir. 8 yüz milyard manatlıq innovativ vəsaitlərə əlçatanlığın olması bizim kimi ölkələr üçün vacibdir. Süni intellektlə bağlı tendərlərin keçirilməsi önəmlidir. Yaxşı olar ki, elə tenderlərlə bağlı qərarları süni intellekt versin. Zənnimcə bu, daha ədalətli olar. Bizim qanunverici orqan olaraq bu istiqamətdə müzakirələrimiz davam edir".

"Əməkdaşları necə motivasiya edib, ruhlandırırsınız?' sualını Veysəloğlu şirkətinin qurucusu Aydın Talıbov cavablandırıb: "Bizim şirkəti idarə edən şirkətin dəyərləridir, ədalətdir, Aydın müəllimin özü deyil. Bunu bizdə işləyən hər kəs bilir. O dəyərlərin hər biri şirkətimizin əməkdaşlarını motivasiya edir. Şirkətimizi mən yox, minlərlə əməkdaşımızın qəlbi, sevgisi qurub.

Tədarük zənciri məsələsində hansı vəziyyətdəyik sualına gəlincə, sovet dövründən sonra biz kapitalizmi götürdük. Nəticədə əvvəlki tədarük zinciri dağıldı, beləliklə pərakəntdə marketlər yarandı. Hər marketin öz rəhbəri oldu. Amma o zaman indiki tədarük zənciri işləmirdi. "Talkuşka" və bazarlar Azərbaycanda tədarük zincirinin ilk qurucuları oldu. 2006-cı ildə biz ilk dəfə olaraq yaratdığımız anbar tədarük zənciri ilə məhsulların çatdırılmasını həyata keçirsə də, bu, olduqca bahalı bir tədarük zənciridir. 2011-ci ildə biz və bizim kimi şirkətlər bilirdik ki şəbəkə formatlı marketlərə keçmək olduqca bahalı olacaq. Necə ki, 2010-cu ildə "Almalı" marketlər şəbəkəsi bu yeni trendə davam gətirə bilmədi və iflas etdi. İndi şəbəkə marketlər öz sözünü deyir. O gündən bu günə ölkəmizdə olan şəbəkə marketlər 30 faiz paya sahibdirlər".

Ölkəmizdə ilk dəfə keçirilən Təchizat Zənciri Liderləri Zirvəsi uğurla yekunlaşdı!

Aydın Talıbov: "Dövlət işinin biznesə dəstək olmasını qətiyyən qəbul etmirik. Dövlətin belə bir vəzifəsi yoxdur. Dövlət sadəcə gərəkli ədalətli mühit yaratmalıdır. Belə olduğu təqdirdə, tədarük zənciri təbii olaraq formalaşacaq. Trəndyoldan sifariş verdiyim vitamin ordan mənə 30 manata gəldi, halbuki Azərbaycanda onun qiyməti 60 manatdır. Həmin məhsulun qiyməti isə İngiltərədə 15 manatdır. Təbii ki, apteklər də həmin dərmanları istəyər ki, ucuz satsınlar, amma tədarük zinciri doğru çalışmadığina görə, bu sahədə vəziyyət təəssüf doğurur"

Antiinhisar Birliyinin nümayəndəsi Cəfər Babayev, "8 milyardlıq satınalma var. Nə qədər əməkdaşla bunlara nəzarət edirsiniz və bürokratik çətinliklər yaşanırmı?" sualını cavablandırıb: "Nəzərə alsaq ki bu həcm ölkədə dövlətin pulunun biznesə ötürülməsinin bir növüdür. Məqsədimiz həmin bazarda rəqabətin təminatıdır. Əhməd müəllimin rəhbərliyi altında cəmi 20 yoldaş çalışır və bu, olduqca azdır. Biz kadrlar baxımından olduqca ciddi ehtiyac hiss edirik. Çalışırıq ki, artıq nəzarəti insanlar yox, rəqəmsal texnologiya həyata keçirsin. 12 min təşkilatın etdiyi sifarişlər, tenderlərin hamısı elektron şəkildə təşkil edilir. Biz bu sahədə təkmilləşdirmə aparırıq. Süni intellektin bu sahəyə tətbiq edilməsini düşünürük və hesab edirik ki, bir neçə aya bu məsələni həll etmək mümkün olacaq. Rəqabətin təminatı heç bir dövlətin xüsusi arzusu deyil. Məqsəd ondan ibarətdir ki, ölkədə sadəcə olaraq, ədalətli mühit yaradılsın. Rəqabət məcəlləmiz bu ilin iyun ayında qüvvəyə minəcək və düşünürəm ki, olduqca mütərəqqi bir qanundur".

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »