Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tarixi torpaqlarımıza illərdir vurulmuş zərəri, 2-ci Dünya müharibəsi dağıntıları ilə müqayisə etmək olar"
"Tarixi torpaqlarımıza illərdir vurulmuş zərəri, 2-ci Dünya müharibəsi dağıntıları ilə müqayisə etmək olar"

15 May tarixində “Fairmont Baku”da Sustainable Construction Summit” PMD Projects və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, zirvə bir bütöv günü əhatə etməklə, əsas məqsədi ifadə edən 1 solo çıxış və 2 fərqli paneldən, eləcə də 12-dək spiker və moderatorun iştirakı ilə “Towards COP29” (COP29-a doğru) şüarı altında öz sahəsinin 300-dən çox rəhbər, idarəçi və qərarverici şəxslərinin iştirakı ilə keçirilib. “Sustainable Construction Summit”də özəl və dövlət müəssisələrinin nümayəndələri, nazirlər, icraçı direktorlar, tikinti şirkətlərinin nümayəndələri, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarların iştirakı ilə dayanıqlı tikinti həlləri, müasir və innovativ tikinti üsulları, tikinti təhlükəsizliyi, ağıllı tikinti sistemləri kimi mövzular ilə bağlı dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və qabaqcıl təcrübələr və onların ölkəmizdə tətbiqi imkanları müzakirə edilib.

“Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsi) təbiri uğurl yekunlaşdı

Tədbirdə BMT-nin Qlobal Saziş üzrə Azərbaycan üzrə Nümayəndəsi Samir Məmmədov, Qarabağ Dirçəliş Fondunda İdarə Heyətinin sədri Rahman Hacıyev, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov, ARXKOM sədrinin müavini İlqar İsbatov, “PMD Projects” MMC-nin direktoru Nəriman Topçubaşov, Neqsol Holding - Tikinti Sənayesinin Rəhbəri İsrail Asəliyev, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktor Övsət Həmidov, FREYSSINET-in GATU Bölgəsi üzrə General menecer Arda Özkıyıcı, Huner Group-un təsisçisi və baş direktoru Ehtiram Quliyev, Farchitects MMC-nin Təsisçi və İdarə Heyətinin sədri Fərid Safquliyev, Design Bureau-nun İcraçı direktoru Fizuli Əliyev və Aslı Mimarlık şirkətinin direktoru Hüseyn Tonguç Özcan iştirak ediblər.

“Sustainable Construction Summit” (Dayanıqlı Tikinti Zirvəsi) tədbiri uğurla yekunlaşdı

“PMD Projects” MMC-nin direktoru Nəriman Topçubaşov: "Mən bütün həyatımı mühəndisliyə sərf etmişəm. Fikir verdim ki, bəzi Milli Məclis üzvləri cənab prezidentin "Milli İdea" təşəbbüsünü artıq müzakirə edirlər. Həmçinin, COP 29 tədbiri biz inşaatçıların özünü dünyaya tanıtması üçün önəmli və ehtiyac duyulan fürsətdir. Bunu təşəbbüs olaraq ələ götürərək, bu sahədə konfrans keçirməyi qərara aldıq. Tikintisiz dünyanı təsəvvür etmək olmur. Amma bizim arzumuz bu işlərin azalmasıdır, çünki tikintilər təbiətə öz mənfi təsirlərini göstərə bilirlər. Davamlı və dayanıqlı inşaat təkcə iqlim dəyişiklikləri məsələsində yox, bir çox sahədə öz müsbət addımlarını atmalıdır. Köhnə sovet təfəkküründə bir mühəndisə yarı zarafat, yarı ciddi belə bir sual verilirdi: "Kubikdən, armaturdan nəsə sata bilirsən?" Əgər sən "praraf"sansa, deməli, bu təfəkkürə görə, sən nəsə satmalısan. Ancaq biz bu stereotipləri aradan qaldırırıq. İnşaat sektoru sahəsini həm düşüncə, həm də keyfiyyətli işlə dirçəldirik.

Dünyanın bir çox ölkələrində bəzi tikinti şirkətləri yaratdıqları toza, səs-küyə görə cərimələnir. Məsələn, Sinqapur havasının təmizliyinə görə birinci sırada olan bölgələrdən biridir. Buna səbəb, orada tikinti sahəsinə və intizamına ciddi nəzarətin olmasıdır. Ümid edirəm, bizdə də eyni intizam tətbiq olar. Ölkəmizdə belə mədəniyyətlərin təməlini qoymalıyıq. Şirkətləri artıq cərimələmək vaxtı gəlib. Biz sahibkar şirkət olaraq çox əziyyət çəkirik. İçimizdə səhv marketoloqluq edən insanları aramızdan çıxarmağa çalışmalıyıq. COP 29 tədbirinin ölkəmizdə keçirilməsi böyük hadisədir".

Qarabağ Dirçəliş Fondunda İdarə Heyətinin sədri Rahman Hacıyev: "Biz təbiətə insan olaraq digər canlılardan daha çox zərər veririk. Heyvanlar, quşlar təbiətdə harmoniya yaradırlar. Amma biz onu məhv edirik. Bizim gələcəyimiz bir tarazlığı tapmaqla və ətraf mühitə mənfi təsiri azaltmaqla mümkün ola bilər. Eyni zamanda, biz də harmoniyanı təşkil etməliyik. İnsanın təbiətə təsiri o qədər uzaqlara gedib çıxır ki, bunun təbiətə vurduğu fəsadları saysızdır".

Neqsol Holding Tikinti Sektorunun rəhbəri İsrail Asəliyev: "Qarşımızda COP 29 kimi bir tədbir var. Gələcək nöqteyi-nəzərdən onu qeyd edirəm ki, iki istiqamət görürük. Birincisi, tikintinin özü və tullantıların yenidən emalı. İkincisi də binaların təhlükəsizliyi, istilik sistemləri və digər məsələlər. Binaların çoxu gərəkli qaydada izolyasiya olunmayıvb".

Qarabağ Dirçəliş Fondunda İdarə Heyətinin sədri Rahman Hacıyev: "Azad edilmiş ərazilər bizim xalqımızın qarşısında duran ən mühüm çağırışlardan biridir. O torpaqları bərpa etmək, onu azad etmək qədər çətin bir məsələdir. İllər ərzində o ərazilərə ciddi zərər vurulub və bu qədər böyük şəhərlərə ərazilərə dəymiş zərəri, bəlkə də İkinci Dünya Müharibəsi mərhələsində yaşanan dağıntılarla müqayisə etmək olar.

Biz indi bu sahədə böyük bir sınaq içindəyik. Digər ərazilərimizdəki tikinti təcrübələrimizi azad edilmiş torpaqlarımızda və daha da yaxşı şəkildə tətbiq etməliyik. Füzuli şəhəri zənnimcə, ən gözəl tikinti layihəsinə sahib şəhərdir. Biz dayanıqlı gələcəyimizi orada test edəcəyik. Qarabağ bizim üçün "keys" yaratmaq imkanıdır. Maraqlı dünyada yaşayırıq və elə bir bölgə yoxdur ki, orada müharibə olmasın. Hər yerdə dağıntılar var. Bizim "keys"imiz isə dünyanın ən balaca yerində olacaq. Digər ölkələrin onilliklər ərzində görə bilmədiyi işləri biz azad edilmiş ərazilərimizdə və digər rayonlarımızda görə bildik".

İsrail Asəliyev: "Biz layihələrimizə, bizneslərimizə bu konsepti tətbiq edirik. Bizim hər il dayanıqlılıq və inkişaf statistikamız var ki, onu panelimizə yerləşdiririk. Hər bir istiqamət üzrə şirkətimiz yeni hədəflər qoyur. Eyni zamanda, BMT yanaşması da bizim üçün universal yanaşmadır. Tədbirlərimizi iki istiqamətdə görürük. Birincisi yaşıl istehsal konseptidir. Məsələn, orada mexaniki problemlərdən səsz toz yaranırsa, bunun qarşısı müəyyən texnonologiyalarla alınır. İstehsalda mütləq rəqəmsal monitorinq sistemi tətbiq olunur. Biz bununla tikintidə maksimum təhlükəsizliyə nail ola bilirik. Qarabağda nəzərdə tutduğumuz inşaatı həmin mənbədən götürməyi nəzərdə tuturuq".

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktoru Övsət Həmidov: "Ağdam, Füzuli və Xocavənd rayonlarında innovativ həlləri tətbiq etməklə şəhər və kəndlərimizi yenidən qururuq. "Ağıllı şəhər" və "ağıllı kənd" layihələrini tətbiq etməyə çalışırıq. Ekologiyanı qorumaq üçün mərkəzi istilik sistemləri yaradılır. Həmin sistem ekologiyanı qorumaq və səmərəlilik deməkdir. Yüksək texnologiyaya malik qazanxanalar istehsal ediləcək, enerji-qoruyucu xətlər inşa olunacaq. İstilik tutumlu binalar da layihələrimizə daxildir. Bu, bizə istehsalatda xərclərin keyfiyyətli azalmasına səbəb olacaq. Eyni zamanda, ekologiyaya dəstək vermiş olacağıq. Binalarımız az istilik istifadə edəcək, biz də az enerji tətbiq edəcəyik. Bu da həm vətəndaşların, həm də ölkənin cibinə fayda verəcək. Günəş enerji panelləri ilə enerji xərcləri azaldılacaq. Həm də artıq enerjinin enerji şəbəkəsinə qayıtması təmin olunacaq. Heç kəs heç kəsdən asılı olmayacaq. Nəticə etibarilə evlə yanaşı, enerji qurğusu vətəndaşa məxsus olacaq. Parklarımızda ağıllı oturacaqlar qoyulacaq. Elektromobillərin dövrü başlayır, elektrikdoldurma məntəqələrindən şəhərin müxtəlif yerlərində layihələndiriləcək. Geniş avtomobil, velosiped və zebra yolları bizdə az rast gəlinən layihələrdir, amma bütün bunlar hazırlanır".

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »