Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kənd Təsərrüfatı Nazirliyi paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil edib - Video
Kənd Təsərrüfatı Nazirliyi paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil edib - Video

Ötən gün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunub. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçiriblər.

Aqrar Tədqiqatlar Mərkəzinin Bizimyol.info xəbər portalına verdiyi məlumata görə, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar. Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Həmçinin, burada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir.

Məlumat üçün qeyd edək ki, təşkil olunmuş yarmarka 25 və 26 may tarixlərini əhatə edəcək.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »