Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfv sərəncamı 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub, yeddi məhkum azad edilib
Əfv sərəncamı 17 saylı cəzaçəkmə müəssisəsində icra olunub, yeddi məhkum azad edilib

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

"Report" xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə doqquz nəfərə şamil olunub.

İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc yeddi məhkuma arayışlar təqdim etdikdən sonra onlar azadlığa buraxılıblar.

Xatırladaq ki, əfv sərəncamı ümumilikdə 154 nəfərə şamil edilib.

Son xəbərlər
Bütün xəbərlər »