Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərəb Liqası İsrailə silah satışını dayandırmağı tələb edir
Ərəb Liqası İsrailə silah satışını dayandırmağı tələb edir

Ərəb Liqası İsrail ordusunun 200 gündən artıqdır ki, hücumlarını davam etdirdiyi Qəzza zolağında baş verənləri müzakirə etmək üçün daimi nümayəndələr səviyyəsində fövqəladə iclas keçirib.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Misirin rəsmi xəbər agentliyi "MENA"nın məlumatına görə, birlik “İsrailin Qəzza zolağı, İordan çayının qərb sahili və Məscidül-Əqsada Fələstin xalqına qarşı təcavüzü və soyqırımı”nı qətiyyətlə pisləyib.

Birlik xəbərdarlıq edib ki, İsrail ordusunun Rəfah şəhərinə hücum etmək niyyəti Fələstin xalqına qarşı yeni bir qırğın demək olacaq və Birməşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ), BMT Nizamnaməsinin 7-ci fəslinin təminatları əsasında İsrailin atəşkəsə əməl etməsi və humanitar yardımların daxil olması üçün bir daha qərar verməsini istəyib.

Birlik həmçinin Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) tam üzvlük müraciətinə ABŞ-ın veto qoymasını pisləyib. Ərəb Liqası bəyan edib ki, veto ABŞ-ın regionda sülh, təhlükəsizlik, həmçinin sabitliyin tələb və prinsiplərini yerinə yetirmədiyini, eləcə də iki dövlətli həlli dəstəkləyən bəyannaməsinə zidd olduğunu göstərir.

Şura “ABŞ və Avropa İttifaqı ölkələrini İsrailə silah və sursat ixracını dayandırmağa, həmçinin İsrailin Fələstin xalqına qarşı soyqırım cinayətində istifadə etdiyi pilotsuz uçuş aparatlarının istehsalını maliyyələşdirməyi dayandırmağa” çağırıb.

Ərəb Liqası "bölgədə, eləcə də dünyada sülhün təhdid edilməsini xilas etmək, təhlükəsizlik və sabitliyi təmin etmək üçün Fələstin Dövlətini tanımayan bütün ölkələri mümkün qədər tez Fələstini dövlət kimi tanımağa" çağırıb. Qəzza zolağında Şifa və Nasser xəstəxanalarında aşkar edilən kütləvi məzarlarla əlaqədar beynəlxalq ədalət qurumlarından bunun həyata keçirilməsini tələb edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »