Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tunc dövrünə aid 4200 illik "zombi məzarı" tapılıb
Tunc dövrünə aid 4200 illik "zombi məzarı" tapılıb

Almaniyada təxminən 4200 illik "zombi məzarı" aşkar edilib. Dəfn yeri Saksoniya-Anhalt əyalətinin Abidələrin Mühafizəsi və Arxeologiya Departamentinin arxeoloqları tərəfindən Oppin şəhəri yaxınlığında aparılan qazıntılar zamanı aşkar edilib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Tunc dövrünə aid olan məzardakı qalıqlar 40-60 yaşları arasında vəfat etmiş bir kişiyə məxsusdur. Bədənin aşağı hissəsində böyük bir daş blokun qoyulduğu qeyd edən tədqiqatçılar bunun mərhumun dirilməsinin qarşısını almaq üçün qoyulduğunu deyirlər.

"Biz bilirik ki, hətta daş dövründə də insanlar kabuslardan qorxurdular. O zaman inanılırdı ki, ölülər bəzən qəbirlərindən çıxmağa çalışırlar", - deyə layihə rəhbəri Suzanna Friderix qeyd edib.

Arxeoloqlar bu dəfn yerini Beaker və ya zəng formalı saxsı mədəniyyəti ilə əlaqələndirirlər. Eramızdan əvvəl 2800-cü ildə Avropada meydana çıxan bu xalq qitənin qərbinə və Afrikanın bəzi hissələrinə yayılmışdır. Beaker xalqı dulusçuluq kimi əşyaları qəbirlərdə qoyub getmələri ilə diqqət çəkir.

Avropanın müxtəlif yerlərində ölülərin dirilməsi qorxusunu göstərən zombi məzarları görünsə də, bəziləri daha yaxın dövrlərə aiddir. Bəzi qəbir yerlərində meyitlərin "dirildikdən sonra" məzardan çıxa biləməsi üçün qol və ayaqlarına daş bağlandığı, bəzilərində isə ağızlarına daş qoyulduğu görülüb.

2018-ci ildə İtaliyada 50-dən çox körpə və uşağın basdırıldığı 1500 illik qəbiristanlıq tapılıb. 450-ci illərdə başlayan malyariya epidemiyasında ölən uşaqların basdırıldığı düşünülən qəbiristanlıqda ən yaşlı adam olan 10 yaşlı bir uşağın ağzına daş qoyulduğu aşkarlanıb.

Arizona Universitetinin antropoloqu doktor David Soren daha sonra "Live Science"ə açıqlamasında: “Ölülərin ruhlarından öz mənfəətləri üçün istifadə edə bilən sirli qüvvələr və canavarlardan (məsələn, cadugərlərdən) böyük bir qorxu var idi. Hələ zərər görməmiş camaatı qorumaq üçün ağıza və ya cəsədin üzərinə qoyulan daşlar apotropaik (pisliyin qarşısını almaq gücünə malik) olaraq icra edilirdi", - deyə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »