Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyanın elektronika istehsalçısı "Toshiba" 5 min işçisini ixtisar edəcək
Yaponiyanın elektronika istehsalçısı "Toshiba" 5 min işçisini ixtisar edəcək

Yaponiyanın elektronika istehsalçısı "Toshiba" 5 min işçisini ixtisar edəcək ki, bu da şirkət işçilərin sayının 7 faizini təşkil edir.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Kyodo agentliyinin şirkət mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, "Toshiba" restrukturizasiya yolu ilə kadrların sayını azaltmağı planlaşdırır.

Öz kapital resurslarını infrastruktur, enerji və rəqəmsallaşma kimi inkişaf sahələrinə yönəltməyi planlaşdıran "Toshiba" ölkədə 5 min işçini ixtisar etmək qərarına gəlib. Yaponiya şirkəti may ayının əvvəlində hər bir biznes bölməsində neçə vəzifənin ixtisar ediləcəyini müəyyən etmək üçün həmkarlar ittifaqı ilə danışıqlara başlayacaq.

Əmək müqaviləsinə xitam veriləcək kadrların əksəriyyəti administrasiya və arxa ofis işçiləri olacaq və “könüllü təqaüdə çıxmaq” təkliflərinə üstünlük veriləcək. 2023-cü ilin mart ayına olan məlumata görə, şirkətin ölkədə təxminən 67 min işçisi var. İşdən çıxarılanlar ümumi işçilərin sayının 7 faizini təşkil edir.

Toshiba, şirkətlərinin zəif performansına görə 2023-cü ilin dekabrında başa çatan 9 aylıq dövrdə 107 milyard yen (691 milyon dollar) xalis zərər elan edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »