Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kreml: Moskvada terror aktı ilə bağlı aparılan araşdırmanın nəticəsini gözləmək lazımdır
Kreml: Moskvada terror aktı ilə bağlı aparılan araşdırmanın nəticəsini gözləmək lazımdır

Kremlin sözçüsü Dmitri Peskov Moskvadakı terror aktı ilə bağlı araşdırmanın davam etdiyini və hücumu həyata keçirən təşkilatla bağlı hüquq-mühafizə orqanlarından məlumat gözləmək lazım olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, Peskov Rusiya hakimiyyətinin Moskvadakı "Crocus City Hall" konsert salonunda terror təşkilatı DEAŞ-ın təşkil etməsi ehtimalını qeyd etməməsi ilə bağlı sualı cavablandırıb.

Hücumla bağlı istintaqın davam etdiyinə diqqət çəkən Peskov deyib: “Hələlik heç bir dəqiq məlumat verilməyib, araşdırmalar davam edir. Yalnız ilkin məlumatlar qeyd edilib. Hələlik heç bir versiya irəli sürülməyib”, - deyə o qeyd edib.

Peskov vurğulayıb ki, istintaq davam etdiyi üçün hüquq-mühafizə orqanlarından mövzu ilə bağlı məlumat gözləmək lazımdır. Rusiya xüsusi xidmət orqanlarının intensiv işlədiyini qeyd edən Peskov, Rusiyanın və cəmiyyətin qarşısında duran bütün çətinliklərlə mübarizə apardıqlarını bildirib.

Peskov Moskvada baş verən terror aktını Rusiya kəşfiyyatının uğursuzluğu kimi qiymətləndirilib-qiymətləndirilmədiyini sualına:

“Təəssüf ki, dünyada baş verən hadisələr göstərir ki, heç bir şəhər və ya ölkə terror təhlükəsindən tam immun ola bilməz”, - deyə o, cavab verib.

Rusiyanın ən qorunan şəhərində belə bir faciənin necə baş verdiyi ilə bağlı sosial mediada müzakirələrə toxunan Peskov, internetdə çoxlu emosional, isterik və təxribat xarakterli şeylərin olduğunu, bu dəhşətli faciənin bir çox duyğular oyatdığını bildirib.

Terrorla mübarizədə əməkdaşlığın vacibliyinə diqqət çəkən Peskov deyib: “Terrorizmlə mübarizə tammiqyaslı beynəlxalq əməkdaşlığı tələb edən daimi prosesdir. Amma indi, münaqişələrin ən çox artdığı bir vaxtda bu əməkdaşlığı tam şəkildə həyata keçirmək mümkün deyil”, - deyib.

Peskov Moskvadakı terror aktının Qərblə heç bir əlaqənin olmadığını da bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »