Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quterreş: "UNRWA" Qəzzadakı mülki şəxslər üçün son sığınacaq kimi xidmət edir
Quterreş: "UNRWA" Qəzzadakı mülki şəxslər üçün son sığınacaq kimi xidmət edir

BMT-nin Baş katibi Antonio Quterreş bəzi ölkələrin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin ("UNRWA") maliyyələşdirilməsini dayandırmaq qərarına yenidən baxılmasını zəruri hesab edir.

"Biz görürrük ki, "UNRWA" əməkdaşları son dərəcə vacib işlərlə məşğuldurlar, ona görə də agentliyin davamlı maliyyələşdirilməsi təmin edilməlidir. "UNRWA" Qəzzada mülki şəxslər üçün son sığınacaq kimi xidmət edir", - deyə o, Əmmanda "Əl Hadath" telekanalı tərəfindən yayımlanan mətbuat konfransında çıxışında bildirib.

Quterreş "UNRWA"nın komissarı general Philippe Lazzarini ilə birlikdə agentliyin İordaniyadakı fələstinli qaçqın düşərgəsindəki məktəblərində olub. BMT baş katibinin sözlərinə görə, hazırda köçkünlərə yardımın göstərilməsi işinin daha səmərəli olması üçün mühüm səylər göstərilir. O, əmin edib ki, "UNRWA" əməkdaşlarına qarşı radikal HƏMAS hərəkatı ilə əlaqədə ittihamların doğruluğu ilə bağlı araşdırma konstruktiv və yaxşı səviyyədə aparılır.

Birləşmiş Millətlər Təşkilatının baş katibi krallığa Misirdən gəlib, burada prezident Əbdülfəttah əs-Sisi ilə görüşüb və Qəzza zolağından təxliyə edilən fələstinlilərin müalicə olunduğu Əl-Ariş şəhərindəki xəstəxanaya baş çəkib. O, Misirlə Qəzza sərhədində yerləşən Rəfah keçid məntəqəsindəki vəziyyətlə tanış olub. Quterreşin xəbərdar etdiyi kimi, İsrailin Rəfah şəhərində həyata keçirməyi planlaşdırdığı hərbi əməliyyat humanitar fəlakətə çevriləcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »