Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrell: "İsrail Qəzzada aclıqdan silah kimi istifadə edir"
Borrell: "İsrail Qəzzada aclıqdan silah kimi istifadə edir"

İsrail hakimiyyəti Qəzzada aclığı təhrik edir və ondan münaqişədə silah kimi istifadə edir.

Bizimyol.info xəbər verir ki, bunu Brüsseldə keçirilən Avropa Humanitar Forumunda çıxış edən Aİ diplomatiyasının rəhbəri Xosep Borrel deyib.

“Qəzza zolağında insanlar artıq aclıq astanasında deyil, minlərlə insan onsuz da aclıq vəziyyətindədir. Bu, qəbuledilməz vəziyyətdir. İsrail aclığı yaradır və bundan müharibə silahı kimi istifadə edilir”, - deyə o qeyd edib.

Aİ diplomatiyasının rəhbərinin sözlərinə görə, o, bu yaxınlarda Vaşinqtona səfəri zamanı öz fikrini Amerika tərəfinə çatdırıb. Borrelin sözlərinə görə, ondan sübut tələb ediblər ki, o, “Yüzlərlə humanitar yük maşınının Qəzzaya girmək üçün sərhəddə gözlədiyini, lakin bunu edə bilmir” deyib.

Borrell həmçinin qeyd edib ki, son aylarda Qəzzada son dörd ildə bütün dünyada olduğundan daha çox uşaq öldürülüb. “Məncə, tək bu fakt bölgədə baş verən hər şeyin sübutudur. Hərbi hücumlar zamanı həyatlarını itirənlərdən əlavə indi uşaqların acından öldükləri barədə xəbərlər gəlir. Buna tezliklə son qoyulmalı, fələstinlilərin həyatını təhlükəsiz yaşaması üçün lazımi qərarlar qəbul edilməlidir. Əsasən bölgədə Fələstin dövlətin yaradılması tezləşdirilməlidir”, - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »