Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hər gün həb qəbul edən, heyz və nifas dövründə olan qadınlar oruc tuta bilərmi?
Hər gün həb qəbul edən, heyz və nifas dövründə olan qadınlar oruc tuta bilərmi?

Ramazan ayında oruc tutmaqla bağlı vacib suallar var ki, hamı cavab tapmağa çalışır. Bu suallardan biri də qadınların menstruasiya günlərində oruc tutması ilə bağlıdır. Qadınlar heyz və nifas dövründə oruc tutmamalıdırlar. Sonra tuta bilmədikləri orucun qəzasını tutmalıdırlar.

Bizimyol.info xəbər verir ki, müctəhidlər bu məsələdə həmfikirdirlər. Menstruasiyası imsak vaxtından sonra qurtaran qadın, həmin gün heç bir şey yeməmiş və içməmiş olsa belə, oruc tutmuş sayılmır.

- Hər gün həb qəbul etməli olan xəstələrin oruc tutması lazımdırmı?

- Ramazan ayında oruc tutmamağa icazə verən səbəblərdən biri də xəstəlikdir. Əgər oruc tutduğu zaman xəstələnəcəyi və ya xəstələndiyi təqdirdə xəstəliyinin artacağı tibbi və ya təcrübə ilə sübuta yetirilsə, oruc tutmaya bilər. Ömrü boyu bu vəziyyətdə xəstə olan insanlar hər gün üçün fidyə ödəyirlər.

Yoxsullar və kasıblar fidyə ödəməli deyillər. Çünki dinimizdə heç kim öz gücündən artıq bir məsuliyyət daşımır.

- Menstruasiya nizamsızlığı olan qadın orucunu necə tutmalıdır?

- Qadınlar heyz vaxtı namaz qılmaz və oruc tutmazlar. Təmiz olduqdan sonra qəza etdikləri namazların qəzasını tutmazlar, oruclarını qəza edərlər. Hər qadının heyz gördüyü günlərin sayı bərabər deyil. Menstruasiya günlərinin müddəti əvvəlki təcrübələrə görə müəyyən edilir. Məsələn, əgər əvvəlki heyz altı gün davam edirdisə, bu altı günlük müddətdə görünən ləkələr heyz günləri sayılır. Nizamsız qanlar zamanı əvvəlki heyz günlərinə təsadüf edən qan heyz sayılır və həmin günlərdə oruc tərk edilir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »