Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: Rusiya nüvə silahından istifadə etməyə hazırdır
Putin: Rusiya nüvə silahından istifadə etməyə hazırdır

Rusiya prezidenti Vladimir Putin Finlandiya və İsveçin NATO-ya daxil olmasının “mənasız addım” olduğunu və Rusiyanın Finlandiya sərhədində hərbi baza quracağını bildirib. Putin həmçinin: “Rusiya suverenliyinə təhlükə yaranarsa, nüvə silahından istifadə etməyə hazırdır”, - deyə qeyd edib.

Bizimyol.info xəbər verir ki, Finlandiya sərhədinə qoşun yerləşdirəcəklərini açıqlayan Rusiya prezidenti İsveç və Finlandiyanın NATO üzvlüyünə sərt ifadələrlə münasibət bildirib. İki ölkənin NATO-ya üzv olmasını “mənasız addım” kimi xarakterizə edən Putin nüvə müharibəsi ilə hədələyib.

Putin: "Rusiyanın varlığına təhlükə yaranarsa, nüvə silahından istifadə etməyə hazırdırlar", - deyə hədələyib. Putin həmçinin bildirib ki, ABŞ Ukraynaya Amerika əsgərlərini yerləşdirərsə, Rusiya bunu müdaxilə kimi qiymətləndirəcək: “Nüvə müharibəsinə ehtiyac yoxdur, lakin bu baş verərsə, biz texniki cəhətdən buna hazırıq”, - deyə Putin qeyd edib.

Geosiyasi gərginliklər fonunda Rusiyanın möhkəm müdafiə mövqeyini saxlamaq əzmində olduğunu vurğulayan Putin, Rusiyanın nüvə imkanlarına diqqət çəkərək, nüvə üçlüyünün (quruda yerləşən ICBM-lər, sualtı qayıqlardan buraxılan ballistik raketlər və nüvə silahı ilə silahlanmış strateji bombardmançılar) texnoloji cəhətdən digərlərindən üstün olduğunu iddia edib.

Putin əlavə edib ki, gərginliyə baxmayaraq, Ukraynada nüvə silahının yerləşdirilməsinə heç vaxt ehtiyac olmayıb. Qərb ölkələri ilə “dürüst razılaşma”nın mümkünlüyü barədə suala cavab olaraq Putin heç kimə güvənmədiyini bildirib. Putin: "Rusiyanın imzalanmış zəmanətlərə ehtiyacı var",- deyib. Bununla belə, o, danışıqların real qiymətləndirmələrə əsaslanması şərti ilə Rusiyanın Ukrayna üzrə dialoqa hazır olduğunu vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »