Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cazibə qüvvəsi kişilərdə saç tökülməsinə səbəb ola bilər? Türkiyəli plastik cərrah izah edir...
Cazibə qüvvəsi kişilərdə saç tökülməsinə səbəb ola bilər? Türkiyəli plastik cərrah izah edir...

Saç tökülməsini bir çox amillərlə əlaqələndirə bilərik. Bəziləri bunu elmlə məşğul olmağa, bəziləri erkən yaşda işləməyə, bəziləri genetikaya bağlayır... Təbii ki, bunların hamısı stress, qeyri-sağlam qidalanma və ya genlər səbəbindən doğru ola bilər, amma başqa bir amil də var: Cazibə qüvvəsi...

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, Cazibə qüvvəsinin saç tökülməsinə təsiri ola biləcəyi barədə türkiyəli plastik cərrah Dr. Emin Tuncay Üstüner maraqlı nəzəriyyə irəli sürüb.

DHT hormonu başda saç tökülməsinə səbəb olur və bədənin digər hissələrində tüklərin böyüməsini artırır

Tədqiqatlar baş dərisinin keçəl bölgələrində “dihidrotestosteron (DHT)” adlı güclü testosteronun artdığını göstərir. Bunnla bağlı saç tökülməsini yavaşladan testosteronun DHT-yə çevrilməsini maneə törədən bir çox dərman var.

Baş dərisində DHT saç köklərinin incəlməsinə səbəb olur, lakin bədənin digər tüklü nahiyələrində, məsələn, qoltuqaltı və ya genital bölgədə DHT və digər "kişi hormonları" tük köklərinin qalınlaşmasına səbəb olur. Belə olduqda, baş dərisindəki tüklərlə niyə əks vəziyyət yaranır sualı ağlımıza gəlir.

Dr. Üstünerin iddiasına görə, baş dərisinin saç kökləri üzərindəki çəkisi ilə bağlı “cazibə nəzəriyyəsi”ndə cavabı tapırıq

Gənclikdə baş dərisinin altında kifayət qədər yağ toxuması olur və bu toxumalar yağlanma ilə saç köklərinə təzyiqi azaltmağa xidmət edir. Beləliklə, özünü nəm saxlaya bilir. Ancaq yaşlandıqca dəri və dərialtı yağ nazikləşir və saç köklərinə təzyiq artır.

Testosteron da subkutan yağın incəlməsinə kömək edir. Yağlama azaldıqca, saç folikülü daha yüksək təzyiqə qarşı mübarizə aparmalıdır və normal böyüməyə nail olmaq üçün daha çox testosteron tələb olunur.

Bu tələb DHT-nin baş dərisində toplanmasına səbəb olur, bu da dərialtı yağın daha da aşınmasına və pis bir dairəyə girməsinə səbəb olur. Beləliklə, DHT-yə cavab olaraq, saç böyüməsi dövrü sürətlənir, lakin artan təzyiqi aradan qaldırmaq üçün kifayət deyil. Saç folikülü zamanla kiçilir, bu da saç tökülməsinin getdikcə artmasına səbəb olur.

Bunun harda cazibə qüvvəsi var?

Bu nəzəriyyəyə görə, əgər saç tökülməsinin səbəbi baş dərisinin ağırlığından yaranan təzyiqdirsə, o zaman başın yuxarı hissəsində saç tökülməsi olmalıdır. Belə dsə olur. Fərdi saç tökülməsi fərqləri baş dərisi təzyiqindəki dəyişiklikləri əks etdirən baş formasındakı fərqlərdən təsirlənir.

Üzdəki yumşaq toxumanın çəkisi baş dərisinin ön hissəsinə təzyiqi artıraraq həmin hissədə saç tökülməsinə səbəb olur. Digər tərəfdən, qulaqlar baş dərisinə cazibə qüvvəsinin təsirlərinə müqavimət göstərərək başın yan tərəflərində saç tökülməsini azaldır. Üstünerin sözlərinə görə, bunların hamısı saç tökülməsi ilə çəkisi arasındakı əlaqəni açıqlayır.

Bu mövzuda daha çox araşdırmaya ehtiyac olsa da, DHT-nin bilinən funksiyasına zidd bir funksiyaya aid edilmədən saç tökülməsinin qənaətbəxş bir izahı hələ verilməmişdir. Ancaq açıq şəkildə deyə bilərik ki, baş dərisində DHT səviyyəsinin artması birbaşa genlər tərəfindən təyin olunan bir şey deyil.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »