Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: "ABŞ-da Rusiya ilə danışıqlara başlamaq üçün siyasi yenilənmə lazımdır"
Ekspert: "ABŞ-da Rusiya ilə danışıqlara başlamaq üçün siyasi yenilənmə lazımdır"

"ABŞ-da Vaşinqtonun Rusiya ilə danışıqlara girməsinə imkan verəcək siyasi yeniləşmə olmalıdır".

Bizimyol.info xəbər verir ki, bunu Amerikanın eks-prezidenti Donald Trampın administrasiyasında müdafiə nazirinin keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib.

"Təsəvvür edin ki, NATO və Rusiyanın təhlükəsizliyi üçün NATO və Rusiyanı 500-600 mil ayıran neytral Ukraynadan daha yaxşı nə ola bilər. Düşünürəm ki, bu, ordunun nöqteyi-nəzərindən müsbət hal olardı, amma bunun əvəzinə onlar nədənsə Ukraynanı NATO-ya sürükləmək istəyirlər. Bunu ona görə edirlər ki, Rusiyanı təhdid edə və potensial olaraq hücuma keçə bilsinlər. Bu ağılsızlıqdır", - deyə o, Stefan Qardnerin "Youtube" kanalına müsahibəsində bildirib.

Makqreqorun fikrincə, ABŞ-ın indiki hökuməti ilə bununla bağlı heç nə etmək olmaz. “Düşünmürəm ki, Vaşinqtondakı mövcud hökumət, onların ikiüzlülüyü, aldatmacası və yalanları ilə bu, mümkün deyil. Vaşinqtonda bahar təmizliyi etməli və bu bataqlığı qurutmalıyıq”, - deyən Makqreqor jurnalistin ABŞ-ın Rusiya ilə danışıqlarının mümkünlüyü barədə sualını cavablandırarkən qeyd edib.

Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona fevral ayında verdiyi müsahibədə əlavə edib ki, Rusiya heç vaxt Ukrayna ilə bağlı dialoqdan imtina etməyib, lakin İstanbulda danışıqların dayandırılmasından sonra ilk addımı atmaq niyyətində deyil. Onun sözlərinə görə, nizamlanma şərtləri, o cümlədən vəziyyətin indi olduğu kimi saxlanılması müzakirə edilməlidir. Eyni zamanda o qeyd edib ki, “Ukrayna müəyyən mənada Stalinin iradəsi ilə Macarıstan, Polşa və Rumıniya ərazilərində yaradılmış süni dövlətdir”. Rusiya lideri keçmiş sovet respublikasının deazifikasiyası məqsədinin vacibliyini vurğulayıb. Ukraynada artıq Hitlerlə əməkdaşlıq edənlərdən milli qəhrəmanlar yaratmamaq lazımdır, deyə Putin əlavə edib və İstanbulda bununla bağlı razılaşmanın mümkün olduğunu vurğulayıb.

2023-cü ilin noyabrında Ukrayna Ali Radasındakı Xalqın qulluqçusu partiyasının fraksiyasının rəhbəri David Araxamia "1+1" telekanalına müsahibəsində Kiyevin Moskva ilə danışıqlardan niyə imtina etməsi ilə bağlı suala cavab verərkən: “2022-ci ildə Ukrayna nümayəndə heyəti İstanbuldan qayıdanda İngiltərənin o vaxtkı baş naziri Boris Conson Kiyevə gələrək: “Biz onlarla heç nə imzalamayacağıq. Britaniya hökumətinin başçısı həmçinin “sadəcə döyüşməyi” təklif edib”, - deyə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »