Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alman deputat: Trampın bəyanatları NATO-nun müdafiə qabiliyyətinə zərbə vurub
Alman deputat: Trampın bəyanatları NATO-nun müdafiə qabiliyyətinə zərbə vurub

Birləşmiş Ştatlarda artan təcridçilik, xüsusən də keçmiş prezident Donald Trampın NATO-ya ianə öhdəliklərini tam yerinə yetirməyən Şimali Atlantika müttəfiqlərini qorumaqdan imtina ilə bağlı açıqlamaları alyansın müdafiə qabiliyyətini sarsıdıb.

Bizimyol.info xəbər verir ki, “The Wall Street Journal” qəzetinin yazdığına görə, bu fikri Bundestaqın (Almaniya Parlamenti) Avropa məsələləri üzrə komitəsinin rəhbəri Anton Hofreiter bildirib.

Parlamentari həmçinin Trampın bəyanatlarını Rusiya Federasiyası ilə bağlı “Qərbdən gələn qeyri-müəyyən siqnal” kimi qiymətləndirib.

Tramp fevralın 10-da Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı Amerika administrasiyasının rəhbəri olarkən NATO ölkələrinin liderləri ilə keçirdiyi görüşlərdən birindən danışıb. Onun sözlərinə görə, daha sonra xarici həmkarlarından biri ondan müttəfiqlərdən biri NATO-ya kollektiv müdafiə üçün ianə ödəməsə, Rusiyadan ehtimal edilən təhlükə yaranarsa, ABŞ-ın alyansı müdafiə etməyə hazır olub-olmadığını soruşub. Tramp belə bir ölkəni müdafiə etməyəcəyini və üstəlik Rusiyanı “istədiyini etməyə” təşviq edəcəyini bildirib.

Eks-prezident bu söhbətin nə vaxt və harada baş verdiyini, həmsöhbətinin kim olduğunu açıqlamayıb. Buna baxmayaraq Trampın söylədiyi sözlər beynəlxalq dairələrdə uzum müddətdir müzakirə mövzusu olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »