Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lloyd Ostin israilli həmkarı Qallant ilə Rəfaha gözlənilən hücumu müzakirə edib
Lloyd Ostin israilli həmkarı Qallant ilə Rəfaha gözlənilən hücumu müzakirə edib

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını müzakirə edib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Ostinlə Qallant arasında telefon danışığı baş tutub.

Tərəflər əsir mübadiləsi razılaşma prosesini, humanitar yardım səylərini və İsrailin Rəfah şəhərinə gözlənilən quru hücumunu müzakirə ediblər. Ostin bütün əsirlərin azad edilməsinə dair "şərtsiz öhdəliklərini" təkrarlayaraq, bölgədəki yardım işçilərinin və mülki şəxslərin təhlükəsizliyini təmin edərək Qəzzaya humanitar yardım axınının artırılmasının vacibliyini vurğulayıb.

İsrailin Rəfaha mümkün quru hücumuna toxunan Ostin, İsrailin hücum planında bölgədəki fələstinli mülki şəxslərin təxliyyəsi və humanitar yardımların davam etdirilməsinin də yer alması lazım olduğunu xüsusilə qeyd edib.

Qəzzanın cənubunda Misir sərhədində yerləşən Rəfah şəhəridə İsrailin hücumlarından əvvəl təxminən 280 min fələstinli yaşayırdı. İsrailin oktyabrın 7-dən bəri davam edən hücumları səbəbindən 2,3 milyon əhalisi olan Qəzza zolağından buraya 1,9 milyon didərgin insan gəlib. Köçkün fələstinlilərin əksəriyyəti İsrailin daha əvvəl “təhlükəsiz” olduğunu iddia etdiyi Rəfaha sığınıb. Şimal bölgələrindən köçkünlərin gəlməsi ilə Rəfahın əhalisi dörd dəfədən çox artaraq 1,5 milyon nəfərə çatıb. Kifayət qədər mənzil olmadığı üçün Rəfaha sığınan fələstinlilərin çoxu müvəqqəti çadırlardan ibarət düşərgələrdə sağ qalmaq üçün mübarizə aparır.

İsrail ordusu tez-tez hava zərbələri ilə Rəfah şəhərini hədəf alır. İsrailin Rəfah şəhərinə qurudan hücum edəcəyi təqdirdə, mülki əhalinin Qəzza zolağında sığınacaq tapmayacağından ehtiyat edilir. Beynəlxalq xəbərdarlıqlara baxmayaraq, Rəfaha hücum planını təsdiqlədiyini dəfələrlə təkrarlayan İsrailin baş naziri Benyamin Netanyahu aprelin 8-də verdiyi açıqlamada hücumun tarixinin müəyyən edildiyini bildirib.

Netanyahu bu gün verdiyi açıqlamada əsir mübadiləsi razılaşmasının olub-olmamasından asılı olmayaraq Rəfaha hücum edəcəklərini qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »