Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sadəcə təsadüfmü yoxsa... Haqqında eşitdiyimiz təyyarə qəzalarının üçdə biri İndoneziyada baş verir
Sadəcə təsadüfmü yoxsa... Haqqında eşitdiyimiz təyyarə qəzalarının üçdə biri İndoneziyada baş verir

İndiyədək çoxlu təyyarə qəzalarının şahidi olmuşuq. Bunların demək olar ki, əksəriyyəti İndoneziyada baş verib. Sizə bunun təsadüf olmadığını desək necə olar?

Bizimyol.info "webtekno" ya istinadən xəbər verir ki, Cənub-Şərqi Asiyanın ən çox əhalisi olan ölkələrindən biri olan İndoneziya hava təhlükəsizliyi baxımından kifayət qədər zəifdir. Bu sirli coğrafiya demək olar ki, əksər təyyarə qəzalarının mənbəyidir.

Papua şəhəri indi "itirilmiş dünya" kimi tanınır, çünki bu ərazidə bir çox təyyarə itib. Bəs, sizcə, bölgədə bu qədər təyyarə qəzasının səbəbi nə ola bilər?

İndoneziyanın əksər bölgələrində itirilmiş təyyarələr boş vəziyyətdədir

Xəbərlərdən eşitdiklərimizlə tanışıq, məsələn, bu yaxınlarda Papuanın paytaxtı Cayapuradan Oksibilə gedən "Trigana Air Service" təyyarəsi yoxa çıxdı. Saatlar sonra aparılan axtarışlar nəticəsində təyyarənin qalıqları tapılıb və göyərtəsində olan 54 nəfərin hamısının həyatını itirdiyi dəhşətli mənzərə ortaya çıxıb.

Yaxud İndoneziya üçün belə yaddaqalan qəzaların toplusunu belə hazırlaya bilərik. Amma burada əsl məsələ odur ki, staistikaya görə, ən çox təyyarə qəzası İndoneziyada baş verir.

Bu qəzalar İndoneziya üçün adi hala çevrilib

Xüsusilə Papua kimi nəqliyyatın çətin olduğu ucqar bölgələrdə hava nəqliyyatı yeganə seçimdir. Bu vəziyyət təhlükəsizlik standartlarının azalmasına və qəzaların artmasına səbəb olur.

İndoneziyanın aviasiya sənayesindəki sürətli inkişafı, əlbəttə ki, bəzi şirkətlərin təhlükəsizlik standartlarının zəif olmasına səbəb oldu. Bölgədə iqtisadi artımdan irəli gələn aviasiya tələbatı ucuz nəqliyyat xidmətlərinə ehtiyacı artırır.

Bu sürətli genişlənmə qeyri-adekvat təhlükəsizlik nəzarəti və personalın qeyri-adekvat təlimi ilə nəticələndi

Rüşvət və korrupsiya kimi ümumi təcrübələr də sektorun mənfi atmosferini artırır. Qeyri-adekvat yoxlamalar və aşağı standartlar qəzaların baş vermə ehtimalını getdikcə dahada çoxaldır. Bundan əlavə, bəzi şirkətlər qazanclarını artırmaq üçün təhlükəsizlikdən güzəştə gedirlər ki, bu da bu bölgədə qəzaların qarşısının alınmamasına səbəb olur.

İndoneziyada aviasiya qəzalarının əsas səbəbi texniki çatışmazlıqlardır. Pilotların, aviadispetçerlərin və texniki işçilərin lazımi hazırlıq keçməməsi qəzaların sayının artmasına səbəb olur.

Axtarış-xilasetmə fəaliyyətindəki çatışmazlıqlar qəzaların nəticələrini daha da ağırlaşdıran amildir

İndoneziyada aviasiya qəzalarının coğrafi, iqtisadi və siyasi amillərin birləşməsindən irəli gələn kompleks problemlərin nəticəsi olduğunu desək, yanılmarıq. Çünki ölkənin aviasiya sahəsində ciddi yeniliklərə, inkişafa ehtiyacı var.

Artan təhlükəsizlik standartları ilə başlayacaq bu yenilirlər şahidi olduğumuz faciələrin qarşısını ala bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »