Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir saqqalla "gora gedən" gender bərabərliyi... Saqqal Bakı Biznes Universiteti rəhbərliyini niyə "dalayır"?
Bir saqqalla "gora gedən" gender bərabərliyi... Saqqal Bakı Biznes Universiteti rəhbərliyini niyə "dalayır"?

Yaxın günlərdə sosial şəbəkələrdə belə bir məlumat yayıldı ki, Bakı Biznes Universitetinin saqqal saxlayan tələbələri saxladıqları saqqal səbəbindən universitetə buraxılmayıblar. Bəzi özəl təyinatlı, xüsusilə hərbiyönümlü təhsil müəsisələrində saç və saqqal üzrə xüsusi nizamnamələrin olması zəruridir və anlaşılandır. Adı üstündə - hərbi təyinatlı lisey, məktəb, universitet. Bəs mülki sahədə təhsil verən özəl və ya dövlət universitetləri necə? Onlar tələbələrin xarici görünüşünə müdaxilə edə bilərlərmi? Bu gün sadəcə xarici görünüş nöqteyi nəzərdən universitetlərə nəzər salsaq, saqqallı tələbələrdən daha çox, geyimi abrını örtə bilməyən və ürəyi istədiyi şəkildə açıq-saçıq geyinərək dərsə gələn qız tələbələrin sayı daha çoxdur. Bəs "gender bərabərliyi"? Gora getdi, daha yoxdur?...

Universistetin mətbuat xidmətindən bildirilib ki, hər il, ildə bir neçə dəfə tələbələrə belə xəbərdarlıq edilir. Dərslərə girməyə heç bir maneə törədilmir.

  • Saqqal universitet rəhbərliyini niyə "dalayır"? Təhsil sektorunda, ümumi təhsil müəsisələrinin nizamnamələrində belə bir qadağa varmı?

  • Bu qadağanı hüquqi hesab etmək olarmı?

  • Təhsil müəsisələrinin insanların xarici görünüşünə müdaxilə etmək səlahiyyəti varmı?

Təhsil üzrə ekspert Qoşqar Məhərrəmov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

Qoşqar Məhərrəmov Qoşqar Məhərrəmov

"Qeyd edək ki, geyimlə əlaqədar universitetlərin daxili nizamnamələri var. Amma saqqal məsələsi heç bir şəkildə, heç bir bəndə qeyd olunmayıb. Yəni, saç-saqqal məsələsi insanın bir mənada özü ilə əlaqədar olan bir məsələdir. Bu, bir geyim-keçim deyil, özünün seçimidir.

Düşünürəm ki, biz artıq bu kimi məsələləri aşmış olmalıydıq. Əgər bu vaxta kimi biz bu problemləri aşmamışıqsa, artıq bu, həm də bir növ geriliyin göstəricisidir. Universitetlər insanların beyinlərinin içi ilə məşğul olmalı, bədənlərinin xarici görünüşü ilə məşğul olmamalıdırlar. Bu, bir dövrdə müxtəlif ölkələrdə saqqala qoyulan qadağaya bənzəyir. Tələbənin saqqal saxlayıb-saxlamaması onun dərs çalışmasına heç bir halda təsir etmirsə və nizam-intizam qaydalarına uyursa, heç kimi narahat etmirsə, əsayişi pozmursa, müəllimin və dərsin tələblərinin yerinə yetirilməsinə mane olmursa, bir tələbənin saqqal saxlamağı heç bir halda qadağan edilə bilməz. Bu, məqbul hesab edilə bilməz.

Digər tərəfdən, hüquqi məsələ də deyil. Yəni, hüquq bu məsələləri tədqiq etmir, insanların hüquqlarının müdafiəsi üçün çalışır. Saqqal saxlamaq heç kəsin hüququnu pozmur. Əksinə, saqqalı qadağan etmək hüququ pozur. Saqqal saxlayan adamın dərsə buraxılmaması və məcburi olaraq saqqalının kəsilməyə vadar edilməsi hüquq pozuntusudur" - deyə, təhsil eksperti qeyd edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »