Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Alternativ xidmətlə bağlı qanuna düzəliş zamanı diqqət edilməlidir ki, sonra sui-istifadə halları olmasın"
"Alternativ xidmətlə bağlı qanuna düzəliş zamanı diqqət edilməlidir ki, sonra sui-istifadə halları olmasın"

Alternativ xidmət haqqında qanun bir çox ölkələrdə mövcuddur. Azərbaycan insan haqları üzrə müvəkkilin, Ombudsmanın 2023-ci il üzrə illik məruzəsində bu məsələ öz əksini tapıb. Ümumiyyətlə, Azərbaycan Respublikası Konstitusiyanın 76-cı maddəsində qeyd edilib ki, vətəni müdafiə etmək hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməsinə yol vermirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat qeyd edib ki, bu qanun çox dərindən işlənməli və hazırlanmalı bir qanundur.

Vüqar İskəndərov Vüqar İskəndərov

“Əvvəla biz Ermənistanla sülh müqaviləsini imzalamamışıq. Məsələ təkcə Ermənistanla da bağlı deyil, ümumiyyətlə bölgədə gərginliyin qalması və eskalasiyanın olması üçün kifayət qədər çalışan dövlətlər və təşkilatlar qüvvələr mövcuddur. Bu fonda qanunun qəbul edilməsi mümkündür. Qanun qəbul olunacaqsa, üstündə dərin işlənilməlidir ki, digər qeyri-qanuni hallara yol verilməsin. Ən incə məqamlar nəzərə alınmalıdır ki, gələcəkdə hər hansı bir qanunun yaratdığı fəsadlarla üz-üzə qalınmasın.

Ümumi olaraq, təbii ki, hər bir cəmiyyətdə əqidəsinə və digər məsələlərə görə insanların hər biri bu sahəyə münasibəti fərqli ola bilər. O mənada alternativ xidmət ümumiyyətlə, ölkələrin qəbul etdiyi və artıq işləyən bir qanun kimi mövcudluğu var.

Ölkəmiz hələ müharibə vəziyyətindən yeni çıxıb. Biz erməniləri yaxşı tanıyırıq, 100 illərlə bu toplumdan bütün yaramazlıqları bütün təxribatları, terrorları zaman-zaman görmüşük. Xalqımız bunu yaşayıb. Bu səbəbdən də, bu gün bizim güclü orduya ehtiyacımız var və bu gün sözün əsl mənasında çox güclü bir ordumuz var”-deyə Vüqar İskəndərov bildirib.

Deputat vurğulayıb ki, ordu quruculuğu durmadan inkişaf etdirilir. Ölkə prezidenti cənab İlham Əliyevin and içmə mərasimində də söylədiyi kimi biz Türkiyə ordusunun modelini qururuq. Bu proses davamlıdır və düşünürük ki, proses uzun müddət davam edəcək. Yeni silahların alınması, müdafiə sənayesi kompleksinin inkişaf etdirilməsi, xaricə ixrac edilməsi, gənclərimizin vətənpərvər ruhunda tərbiyəsi və onların bir Azərbaycan övladı kimi hər an torpaqlarımızın müdafiəsi üçün hazır olmaları çox vacib məsələdir.

“Dünyada baş verən prosesləri görürük. Hal-hazırda dünyada sürətlə silahlanma gedir. Ordularda kompleksləşmə, əsgər və zabitlərin sayının artırılması prosesini görürük. Bu da onu deməyə əsas verir ki, indiki situasiyada bu məsələ çərçivəsində çox diqqətli yanaşılmalıdır. Bu qanunun qəbul olunması reallaşarsa, biz bütün məqamları nəzərə almalıyıq ki, bu qanundan sui-istifadə edilməsin. Hər bir Azərbaycan vətəndaşının sağlamlığı, yaşı və digər kriteriya uyğundursa, mütləq xidmət keçməsi vacibdir. Bunun üçün də Azərbaycan dövləti bütün vacib addımları atır və gələcəkdə də atacaq”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »