Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya Ukraynaya qoşun göndərməyi planlaşdırmadığını bildirib
Britaniya Ukraynaya qoşun göndərməyi planlaşdırmadığını bildirib

"Böyük Britaniya hökumətinin Ukraynaya qoşun göndərmək planı yoxdur".

Bizimyol.info xəbər verir ki, bu barədə baş nazir Rişi Sunakın ofisində Aİ və NATO ölkələrinin belə bir ehtimalı nəzərdən keçirməsi ilə bağlı xəbərləri şərh edərkən bildirib.

“Bizim ölkədə Ukrayna Silahlı Qüvvələrini dəstəkləyən az sayda qoşundan başqa genişmiqyaslı ordu yerləşdirilməsi ilə bağlı heç bir planımız yoxdur”, - deyə baş nazirin rəsmi nümayəndəsi bildirib.

Onun açıqlamasını "Reuters" xəbər agentliyi yayıb.

Downing Street 10 xatırladıldıb ki, Böyük Britaniya Ukraynaya hərbi yardım göstərməkdə davam edir və krallıq ərazisində ukraynalı hərbçilərə təlim keçir. Ötən ilin sonunda ölkənin müdafiə naziri Qrant Şapps Ukraynaya britaniyalı hərbi təlimçilərin göndərilməsinin mümkünlüyünü qeyd etsə də, Sunak sonradan bunu yaxın gələcəkdə etmək planının olmadığını bildirib. Bundan əvvəl Britaniya mətbuatı bir neçə dəfə Ukraynada Böyük Britaniya xüsusi təyinatlılarının kiçik qruplarının fəaliyyət göstərərək Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçdiyi barədə məlumat yayıb.

Fevralın 26-da Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, bir sıra Aİ və NATO-ya üzv dövlətlər Kiyevlə ikitərəfli razılaşmalar əsasında Ukraynaya öz hərbi qulluqçularını göndərmək imkanını nəzərdən keçirirlər. Fransa prezidenti Emmanuel Makron da belə bir ehtimalın istisna olmadığını bəyan edib. Ertəsi gün NATO-nun baş katibi Yens Stoltenberq bəyan etdi ki, NATO-nun belə bir planı yoxdur. Oxşar bəyanatlarla Almaniya, Çexiya, Polşa, İsveç hökumət başçıları və Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri çıxış ediblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »