Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel Xocalı qətliamının ilə bağlı mesaj dərc edib
Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel Xocalı qətliamının ilə bağlı mesaj dərc edib

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş nazir Ünal Üstel Xocalı qətliamının 32-ci ildönümü ilə bağlı müraciətində ŞKTC-nin “bir millət, üç dövlət” olaraq haqlı mübarizəsində hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, Baş nazirlikdən verilən açıqlamaya görə, Üstel mesajında ​​bu ifadələrdən istifadə edib:

“Bəşər tarixinə qara ləkə kimi daxil olmuş 1992-ci il fevralın 26-da Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində erməni silahlı birləşmələri tərəfindən 613 günahsız azərbaycanlı qardaş qətlə yetirilib, yüzlərlə insan yaralanıb. Azərbaycanlı qardaşlarımız 2020-ci ildə 44 gün davam edən və tarixlərində yeni səhifə açan şanlı dastanla 32 il əvvəl baş vermiş Birinci Qarabağ müharibəsində məruz qaldıqları vəhşilik və qırğınların əvəzini onlara çatdırdılar. Lakin buna baxmayaraq, günahsız dinc insanlara qarşı törədilən bu qətliamın acısını hələ də qəlbimizdə hiss edirik. Bir daha Xocalı qətliamında həyatını itirənlərə Allahdan rəhmət diləyir, Azərbaycan xalqına başsağlığı verirəm. “Bir millət, üç dövlət” olaraq ŞKTC haqlı mübarizəsində Azərbaycanın yanında olmağa davam edəcək”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »