Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Xocalı qətliamının 32-ci ildönümü ilə bağlı müraciət dərc edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib.
Prezident Ersin Tatar 1992-ci il fevralın 26-da Azərbaycanda baş verən Xocalı Soyqırımının 32-ci ildönümü ilə bağlı müraciətində qətliamın acısının hələ də hiss olunduğunu, Türklərin birliyini dünyaya göstərmək üçün addımların atıldığını bildirib. Tatar: "Bəşəriyyət və dünya tarixinə qara ləkə olan Xocalı Soyqırımında 613 azərbaycanlı qardaşımız, o cümlədən qocalar, qadınlar və uşaqlar erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilib, yüzlərlə insan oğurlanıb, minlərlə insan əsir götürülüb", - deyib.
Şimali Kipr Türk Cümhuriyyətinin bir qırğından sonra qəhrəmanlıqla dolu bir dövr keçdiyini və bu günə qədər gəlib çatdığını bildirən Prezident Tatar, “Biz eyni millətin övladlarıyıq, bir-birimizə həmrəyliklə və sevgi ilə dünyanın bu ikili standartının qarşısını alacağıq"-deyə bildirib.
Türk Dövlətləri Təşkilatının türk millətinin əlaqələrini gücləndirmək üçün böyük addımlar atdığını vurğulayan Prezident Tatar, Şimali Kipr Türk Respublikasının bütün əks gəlmələrə və embarqolara baxmayaraq təşkilata müşahidəçi üzv qəbul edilməsinin bu vəziyyəti açıq şəkildə nümayiş etdirdiyini söyləyib. Prezident Ersin Tatar Türk dünyasının Türkiyənin dəstəyi ilə səsini və ədalətsizliyini dünyaya çatdıraraq gücünü yayacağını ifadə edib; “Qırğında həyatını itirənlərin xatirəsini ehtiramla yad edir, Azərbaycan xalqına ən səmimi hisslərimlə Kipr Türk xalqının həmrəyliyini və birliyini çatdırıram”, - deyə qeyd edib.
Qadir, Bizimyol.info