Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qərbin də, Rusiyanın da iki qütb arasında tərəfsiz qalan Türkiyəyə ehtiyacı var" - Video
"Qərbin də, Rusiyanın da iki qütb arasında tərəfsiz qalan Türkiyəyə ehtiyacı var" - Video

“Həm Qərbin, həm də Rusiyanın Türkiyəyə ehtiyacı var. Çünki, Türkiyə iki qütb arasında tərəfsiz qala bilən tək ölkədir. ABŞ bir layihə başlatdı. 2015-ci ildə Konstitusiyanın dəyişməsi və ABŞ-ın bazar axtarması ilə birlikdə bu gərginlik artdı”...

Bu barədə müsahibəsində Bizimyol.info xəbər portalına Bahçeşehir Universitetinin Türk dünyası ilə əlaqələrdən məsul rektor müşaviri, təhlükəsizlik eksperti İhsan Alpargın danışıb. Politoloq qeyd edib ki, ABŞ-ın indi ixrac etdiyi qurumağa üz tutmuş quyuların altındakı qaz rezervləridir. Bunların saxlanılması çox baha başa gəlir. Bunlar üçün çox böyük anbarlara ehtiyac var və bunların satışı ABŞ-a zərər gətirir. Bunları dəyərləndirmək üçün ABŞ ilk dəfə qanun dəyişdirərək, 2016-cı ildə enerji yanacaqlarının ticarətinə başladı.

Bahçeşehir Universitetinin Türk dünyası ilə əlaqələrdən məsul rektor müşaviri, təhlükəsizlik eksperti İhsan Alpargın İhsan Alpargın

“Bu zamana qədər heç bir şəkildə belə bir proqramı olmayan bir dövlət, bir şəkildə bu məsələni öz proqramına əlavə etdi və şərq xəttinə stansiyalarını qurdu. Yaponiyaya çox ciddi ixrac var. Cənubi Amerikada bazar bəlli bir doyuma çatıb. Venesuela və Braziliya bazarda hakimdir. Girə biləcəkləri digər bazar da Avropa bazarı idi. Avropa ilk başda buna ehtimal vermədi. Çünki ən uyğun transfer boru xəttləri ilə olur, ikinci vəziyyətdə də gəmilərlə daşınılır”-deyən İhsan Alpargın vurğulayıb ki, 2016-da Trump Avropa İttifaqına bunun qarantiyasını verdi: "Artıq Rusiyadan almaq məcburiyyətində deyilsiniz".

İhsan Alpargının xüsusi video müsahibəsini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »