Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Artan kirayə haqqını ödəyə bilməyən tələbə universitetə təyyarə ilə gedir
Artan kirayə haqqını ödəyə bilməyən tələbə universitetə təyyarə ilə gedir

Kanadanın Vankuver şəhərində yüksək iqtisadçı tələbə olan Tim Çen, kirayə haqqının artması səbəbindən ailəsi ilə birlikdə yaşamaq üçün Kalqaridəki evindən məktəbə təxminən 2 saatlıq təyyarə ilə gedib-gəlməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, "trthaber" verdiyi məlumata görə, Vankuverdə ev kirayəsi 2500 dollar olduğu üçün universitet tələbəsi Tim Çen kirayəni ödəyə bilməyib və çarəni ailəsinin yanına köçməkdə görüb.

Bildirilir ki, Tim Çenin ailəsinin yaşadığı Kalqari Vankuverdən 430 kilometr uzaqdadır. Çen hava nəqliyyatı vasitəsi ilə məsafə probleminin də həllini tapıb.

Çen, Kalqaridən Vankuverə uçuşun təxminən 1 saat 40 dəqiqə çəkdiyini və uçuş üçün təxminən 110 dollar ödədiyini söyləyib: "Mən kirayə üçün 2500 dollar ödəməli idim, ona görə də bunun mümkün olmadığını düşündüm və çıxış yolu tapmaq üçün hesablama aparmalı oldum", - deyə Çen qeyd edib.

Bu barədə "CTV News"a danışan Çen, həftədə iki dəfə hər iki gediş-gəliş üçün təxminən 150 dollar ödədiyini bildirib ki, bu da ayda təxminən 1200 dollara başa gəlir: “Bu rəqəm şəhərdə bir otaqlı mənzilin orta kirayə haqqının yarısıdır”, - deyə o bildirib.

Çen: "Mən hər gün məktəbə getmirəm, həftədə yalnız iki dərsdə iştirak etmək məcburidir. Ümumilikdə 3 saat dərsim var və dərsdən sonra avtobusa minib hava limanına gedirəm və oradan evə gedirəm", - deyib.

Adi gününün belə keçdiyini və avtobusa minməli olduğunu deyən Çen, may ayında məzun olacağını bildirib: “Təyyarə ilə universitetə "səfərlər" mənim üçün məzun olduqdan sonra bitəcək”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »