Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şolz Ukrayna üçün "Taurus" verilməməsi ilə bağlı qərarını dəyişməyəcəyini deyib
Şolz Ukrayna üçün "Taurus" verilməməsi ilə bağlı qərarını dəyişməyəcəyini deyib

Almaniya kansleri Olaf Şolz bir daha bəyan edib ki, o, "Taurus" raketlərinin Ukraynaya göndərilməsi ilə bağlı qərarı dəyişmək niyyətində deyil.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Berlində Monteneqronun baş naziri Milojko Spajic ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Şolzdan ABŞ-dan nümunə götürərək Kiyevə uzaqmənzilli raketlər ötürmək fikrində olub-olmadığını soruşdular: “Qaldırdığınız məsələ ilə bağlı qərarım dəyişməz olaraq qalır”, - deyə Şolz jurlalistib sualına cavab verib.

Almaniya kansleri əvvəllər dəfələrlə "Taurus"un Ukraynaya göndərilməsi ehtimalını mümkün olmayacağı barədə qəti fikir bildirib. Onun sözlərinə görə, bu cür raketlərdən səmərəli istifadə etmək üçün alman hərbçilərinin prosesdə iştirakı lazımdır ki, bu da ölkəsinin birbaşa müharibədə iştirakını sübut etmiş olar və onun keçmək istəmədiyi xətt də məhz budur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »