Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Cənubi Karolina ilkin seçkilərində qalib gələcəyini gözləyir
Tramp Cənubi Karolina  ilkin seçkilərində qalib gələcəyini gözləyir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu dəfə Cənubi Karolinada keçirilən ardıcıl dördüncü Respublikaçı praymerizdə qalib gələcəyini gözləyir.

Bizimyol.info xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, Tramp bu ştatda keçirilən ilkin seçkilərə seçkilərdə böyük üstünlüklə və ştatın aparıcı respublikaçılarının dəstəyi ilə yaxınlaşıb. Onun rəqibi, vətəni Cənubi Karolina olan ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı keçmiş səfiri Nikki Heyli son bir neçə həftə ərzində seçicilərlə görüşərək onlara xəbərdarlıq edib ki, 77 yaşlı Tramp yenidən prezident olmaq üçün “çox qocadır və diqqəti yayındır”.

Praymeriz üzrə səsvermə fevralın 24-də yerli vaxtla saat 07:00-da (14:00) başlayıb, nəticələr saat 19:00-da (02:00) məlum olacaq. Agentlik qeyd edir ki, 1980-ci ildən bəri keçirilən praymerizlərdən biri istisna olmaqla, hamısında Cənubi Karolinada Respublikaçıların praymerizinin qalibi GOP-un prezidentliyə namizədi olub.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. 25 aprel 2023-cü ildə Demokrat Co Bayden ən yüksək hökumət postuna yenidən seçilmək istəyəcəyini açıqlayıb. Tramp isə daha əvvəl, 2022-ci ilin noyabrında seçki kampaniyasına qoşulacağını açıqlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »