Həbsxanada dünyasını dəyişən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya Rusiya hakimiyyətini ərini öldürməkdə, onun cəsədini yaxınlarına verməməkdə və qətldən sonra cinayətin izlərinin yoxa çıxmasını gözləməkdə ittiham edib.
Bizimyol.info xəbər verir ki, Navalnının sözçüsü Kira Yarmış da meyit üzərində bəzi kimyəvi testlər aparıldığı üçün cəsədin ən tez 14 gün sonra onlara veriləcəyini açıqlayıb. Navalnı 2020-ci ildə Rusiya kəşfiyyatının əməkdaşı tərəfindən eyni sinir qıcıqlandırıcısı ilə zəhərlənmiş və xəstəxanada müalicə olunarkən həyat yoldaşı Yuliya Navalayanın səyi ilə Almaniyaya aparılmış, Berlində sağlamlığına qovuşmuşdu.
Digər tərəfdən Navalnayanın "X" hesabında paylaşdığı videoda ərinin qoyub getdiyi işi davam etdirəcəyini bildirməsi ağlına “Navalnını əvəz edəcəkmi?” sualını gətirdi. Navalnı və Navalnaya cütlüyü 1998-ci ildə Türkiyədə tətil zamanı tanış olub və iki il sonra evlənib. İllər sonra verdiyi müsahibədə Yuliya evlilikləri ilə bağlı sualı belə cavablandırdı: “Mən perspektivli vəkil və ya müxalifət lideri ilə evlənməmişəm. Mən Aleksey adlı gənclə evləndim".
İqtisadiyyat təhsili almış və bank təcrübəsi olan Navalnayanın əri Rusiyada həbs edildikdən sonra onun da siyasətə qoşulacağı gözlənilirdi, lakin o, siyasətə girib-girməyəcəyini soruşanlara: "İndi yox. Siyasətçinin həyat yoldaşı olmaq daha maraqlıdır”, deyə cavab verib.
Rusiyada müəmmalı ölümlər davam edir. Cümə günü müxalifət lideri Aleksey Navalnının həbsxanada ölməsindən sonra Rusiya prezidenti Vladimir Putinin “sağ əli” kimi tanınan oliqarx İqor Seçinin 35 yaşlı oğlu İvan Seçinin müəmmalı şəkildə öldüyü məlum olub.
Seçinin fevralın 5-də Moskva yaxınlığındakı kəndlərdən birində Navalnının ölümü ilə eyni səbəbdən, “laxtalanma” səbəbindən qəfildən dünyasını dəyişdiyi iddia edilirdi. Sərvətinin 800 milyon dollar dəyərində olduğu təxmin edilən Rusiyanın neft və təbii qaz şirkəti "Rosneft"in baş direktoru vəzifəsini də icra edən İqor Seçin onun siyasi təsirinə “Kremlin Darth Vaderi”, yəni pis adam kimi tanınır.
Qadir, Bizimyol.info