Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Narışkin: "Rusiyadan "Mi-8" helikopterini Kiyevə qaçıran pilot mənəvi meyitdir"
Narışkin: "Rusiyadan "Mi-8" helikopterini Kiyevə qaçıran pilot mənəvi meyitdir"

"2023-cü ildə Rusiya hərbi helikopterini qaçıran Maksim Kuzminov çirkli və dəhşətli cinayətini planlaşdırarkən belə mənəvi cəsədə çevrildi".

Bizimyol.info xəbər verir ki, bunu jurnalistlərə Rusiya Tarix Cəmiyyətinin (RİS) sədri, Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin deyib.

"Bilirsiniz, Rusiyada adətdir, ölənin ardınca ya yaxşı danışırlar, ya da heç nə danışmayaraq onu yada salmamağa çalışırlar. Bu satqın, həçinin cinayətkar artıq öz çirkin və dəhşətli cinayətini planlaşdırdığı anda mənəvi cəsədə çevrilmiş olub", - deyə Narışkin Kuzminovun ölümü ilə bağlı mediada yayılan xəbərləri şərh etmək istəyinə cavab verib.

Fevralın 19-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi 2023-cü ildə Rusiya hərbi helikopterini qaçıran Maksim Kuzminovun ölümünü təsdiqləyib.

Onun qətli barədə İtaliyanın “Il Corrispondente” nəşri İspaniya Mülki Qvardiyasındakı “işi araşdıran” mənbəyə və İspaniyanın “Evrika” xəbərlərinə istinadən məlumat yayıb və sonra məlumat silinib. Cinayətlə bağlı ilk xəbərlər ötən həftə İspaniya mətbuatında yayılsa da, öldürülən şəxsin kimliyi açıqlanmayıb.

Mülki qvardiyasının mətbuat xidməti ölkə mətbuatına bildirib ki, hüquq-mühafizə orqanları Valensiya muxtariyyətində 33 yaşlı Ukrayna vətəndaşının öldürülməsi faktını araşdırır. Bildirilir ki, meyit Alikante əyalətindəki qarajda “güllə yaraları ilə” tapılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »