Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yunan qəzeti: Yunanıstan ulduzları seyr edərkən, ilk türk astronavtı Yerə qayıtdı
Yunan qəzeti: Yunanıstan ulduzları seyr edərkən, ilk türk astronavtı Yerə qayıtdı

Yanvarın 19-da başlayan kosmos missiyasını uğurla başa vuraraq vətənə qayıdan Türkiyənin ilk astronavtı Alper Gezeravcı haqqında Yunanıstan qəzetlərində də xəbərlər yer alıb.

Bizimyol.info xəbər verir ki, "trthaber"in verdiyi məlumata görə, Yunanıstanın “Pentapostagma” qəzeti missiyasını uğurla başa vuraraq dünyaya qayıdan Türkiyənin ilk astronavtı Alper Gezeravcı haqqında məlumat yayıb.

Beynəlxalq Kosmik Stansiyada (ISS) olduqları müddətdə 13 elmi təcrübə həyata keçirən Gezeravcı və digər astronavtları daşıyan "Dragon" kapsulu dünən Florida ştatının Daytona Beach bölgəsində okeana enib.

Dünya mediasının yaxından izlədiyi kosmos səyahəti Yunanıstan mətbuatında da əks-səda yaradıb. Türkiyənin və Gezeravcının uğurlarını səhifələrinə daşıyan Yunanıstanın "Pentapostagma" qəzeti xəbəri "Yunanıstan ulduzları seyr edərkən ilk türk astronavtı dünyaya döndü" başlığını verib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »