Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Kipr Türk Respublikasının (ŞKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu Ankarada görüşlər keçirir
Şimali Kipr Türk Respublikasının (ŞKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu Ankarada görüşlər keçirir

Şimali Kipr Türk Respublikasının (ŞKTC) xarici işlər naziri Tahsin Ərtoğruloğlu dünən Ankaraya gedib.

Bizimyol.info xəbər verir ki, bu barədə ŞKTC Xarici İşlər Nazirliyi məlumat verib.

Nazir Ərtoğruloğlu Ankaradakı təmasları çərçivəsində ilk olaraq Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb.

Xarici işlər naziri Tahsin Ərtoğruloğlu görüşünü həmkarı Hakan Fidan ilə davam edərib. Nazirlər Kipr məsələsini və Şərqi Aralıq dənizindəki məsələri müzakirə edib; Yeni iki dövlət anlayışının yeganə həll yolu olduğunu bir daha təsdiqləyiblər.

Nazir Ərtoğruloğlu Türkiyə İqtisadi Siyasəti Araşdırma Vəqfinin (TEPAV) "Kıbrısda hara getməli?" iclasında əsas məruzəçi qismində iştirak edib, son hadisələri çatdırıb və TEPAV üzvləri ilə birgə dəyərləndirmələr aparıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »