Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ali Başkomandan İlham Əliyev 30 il işğal altında olan Qarabağı azad edib, gerçək sahibi xalqa qaytarıb"
"Ali Başkomandan İlham Əliyev 30 il işğal altında olan Qarabağı azad edib, gerçək sahibi xalqa qaytarıb"

“Qardaş Azərbaycanda keçirilən seçkilərdə prezident İlham Əliyev 93,9 faiz səs toplayaraq 5-ci dəfə prezident seçilib. Seçkilərin ən mühüm xüsusiyyəti ondan ibarət idi ki, qardaş Azərbaycanın erməni işğalından azad etdiyi rayonlarda 30 ilə yaxın müddətdən sonra ilk dəfə olaraq ölkənin bütün suveren ərazilərində seçki qutuları quruldu və vətəndaşlar öz doğma yurdlarının idarə olunmasına səs verə bildilər”.

Bu barədə Bizimyol.info xəbər portalına jurnalist Muhammet Kutlu danışıb. Jurnalist qeyd edib ki, Qarabağın “mədəniyyət paytaxtı” Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə on minlərlə vətəndaş sevinc göz yaşları ilə səs verib. Təbii ki, onları xilas edən ordunun Ali Baş Komandanı İlham Əliyevə səs verdilər.

“Yeni Akit” Qəzeti Ankara xəbər müdiri Muhammet Kutlu “Yeni Akit” Qəzeti Ankara xəbər müdiri Muhammet Kutlu

“7 il müddətinə yenidən seçilən Əliyevdən sonra 1,5 faizlə ən yüksək səsi müstəqil namizəd Zahid Oruç alıb. Seçkilərin insidentsiz və böyük sülh şəraitində keçdiyi bir vaxtda beynəlxalq müşahidəçilər və yüzlərlə xarici media mənsubları qeyd etməyə, yazmağa heç bir mənfilik tapa bilmədilər. Qərbin, qondarma demokratik, lakin mahiyyətcə işğalçı Ermənistan tərəfdarı olan ölkələrin sözçüsü tərəfindən zaman-zaman təbliğat məqsədilə səsləndirilən “Azərbaycan demokratik deyil” kimi fikirlər, heç bir şəkildə həqiqəti əks etdirmir”-deyən Muhammet Kutlu vurğulayıb ki, əvvəlki seçkilərdə Azərbaycan xalqı İlham Əliyevi ona görə seçdi ki, onun ölkəsinin inkişafı və ordusunun gücləndirilməsi üçün necə çalışdığını gördülər. Son seçkilərdə ona görə səs verdilər ki, Ali Başkomandan İlham Əliyev 30 il erməni işğalı altında olan Qarabağı işğaldan xilas edib vətənə qaytarıb.

“Biz Azərbaycanın qardaş Türkiyə xalqı olaraq bu gözəl ölkəmizin necə sürətlə inkişaf etdiyinin yaxından şahidiyik. Azərbaycan bu gün Qafqazın parlayan ulduzudur. Tarixi düşmən olan Ermənistan sönük və bərbad bir ölkə olaraq qaldı. Sadəcə peyk şəkillərinə baxarkən də aydın şəkildə görərsiniz ki, Azərbaycan işıqlıdır, Ermənistan qaranlıq və tutqundur. Qardaş Azərbaycan, İlham Əliyevin rəhbərliyi ilə möhkəm addımlarla ölkənin gözəl gələcəyini qurmaqda inamla davam edir və u yolda möhkəm addımlar atır. Biz qardaş Türkiyə xalqı olaraq Azərbaycanla fəxr edirik”-deyə Muhammet Kutlu vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »