Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycana qarşı qərəzli addımlar atan AŞPA, Azərbaycan üçün artıq əhəmiyyət kəsb etmir"
"Azərbaycana qarşı qərəzli addımlar atan AŞPA, Azərbaycan üçün artıq əhəmiyyət kəsb etmir"

"Azərbaycan üçün AŞPA artıq əhəmiyyət kəsb etmir. Çünki Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərə görə AŞ-na üzv olmuşdu. Amma 30 il müddətində AŞPA Ermənistanın Azərbaycana qarşı təcavüzünə sadəcə göz yumdu. AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa çağıran bir neçə qətnamə qəbul olundu, amma bu qətnamələrin həyata keçirilməsi üçün heç bir addım atılmadı. Azərbaycan Avropa Şurasının üzvü idi və AŞ üzvü olan bir ölkənin işğalına göz yumurdu. Ancaq artıq Qarabağ problemi həll olunub. Və bu problemi Azərbaycan öz gücünə həll edib. Yəni artıq nəinki AŞPA-nın, hətta Ermənistan və Azərbaycan arasında münasibətlərə müsbət təsir edə biləcək heç bir quruma Azərbaycanın ehtiyacı yoxdur. Və Aərbaycan lazım gələndə özü də belə qurumlardan imtina edə bilir".

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün AŞPA-da Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsi, eləcə də bu təşkilatdan Azərbaycanın qeyri müəyyən müddətə geri çəkilməsi, öz fəaliyyətini dayandırması Fransanın məkirli məqsədinin nəticəsində baş vermişdir.

Tahir Rzayev Tahir Rzayev

Deputat vurğulayıb ki, AŞPA Fransa dövlətinin əlində oyuncağa çevrilən bir təşkilatdır və Almaniya ilə Fransa dövləti bu təşkilatı özünün bir qurumuna, diktə obyektinə çevirmişdir.

Deputatın fikrincə, haqlı olaraq, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bu qərəzli mövqeyə, antiazərbaycan təbliğatına və qəbul olunmuş böhtan qərəz xarakterli qətnamələrə bəyanatlara etiraz əlaməti olaraq, təşkilatda öz fəaliyyətlərini dayandırmağa qərar vermişlər.

Tahir Rzayev bildirib ki, AŞPA Azərbaycan üçün eləcə də əhəmiyyətli bir qurum deyil. Çünki illərlə bu qurumda Azərbaycanın haqqı ədalətli mövqeyi gündəmə gətirilməmiş və əksinə Azərbaycana qarşı qərəzli yollar seçilmişdir. Belə olan halda, Avropa Şurasından imtina etmək və onun tədbirlərində iştirak etməmək Azərbaycanın haqqıdır.

“Əgər bir təşkilat beynəlxalq normalara əsaslanmırsa, haqqı ədaləti müdafiə etmirsə, özünün üzvünə qarşı qərəzli mövqedən çıxış edirsə, onun tərkibində olmaq o qədər də normal hesab edilmir. Buna görə də yollar axtarılır”-deyən deputat əlavə edib ki, Avropa Şurası eləcə də, AŞPA öz mövqelərindən çəkinməsə, Azərbaycana qarşı prinsipial mövqedən çıxış etməsə həmin təşkilatlarda qalmağa ehtiyac yoxdur.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »