Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerika Birləşmiş Ştatları Suriyadan çəkilirmi? - ABŞ mediası Ağ Evin "sərmayə qoymaq" istəmədiyini yazıb
Amerika Birləşmiş Ştatları Suriyadan çəkilirmi? - ABŞ mediası Ağ Evin "sərmayə qoymaq" istəmədiyini yazıb

Birləşmiş Ştatların uzun illərdir Suriyada qoşunları var. Terror təşkilatı PKK/YPG ilə təlimdən silah yardımına qədər sıx əlaqələri olan ABŞ mühüm qərarın ərəfəsindədir.

Bizimyol.info "TRT Haber"-ə istinadən xəbər verir ki, ABŞ-ın məşhur nəşrlərindən olan “Foreign Policy” 4 məmura əsaslanan xəbərində Suriyadan çəkilmənin planlaşdırıldığını yazıb.

Məlumatda bildirilir ki, ABŞ-ın Suriyada 900-ə yaxın əsgəri var. Ağ Evin Suriyadakı missiyanı lazımsız qəbul etdiyi və ora sərmayə qoymaq istəmədiyi bildirilib. Xüsusilə İŞİD-in Yaxın Şərqdəki vəziyyətinin ABŞ üçün həlledici səbəb olduğu yazılıb.

Hesabatda İŞİD-in 2014-cü ildə İraqda ayda təxminən 850 hücum təşkil etdiyi halda, 2023-cü ildə ayda orta hesabla cəmi 9 hücum həyata keçirə bildiyi iddia edilib. Suriyadakı vəziyyətin İraqdan daha mürəkkəb olduğu bildirilən xəbərdə İsrail-Fələstin gərginliyində ABŞ-ın prioritetlərinin dəyişə biləcəyinə də diqqət çəkilib.

Suriyadan çəkilmənin nə vaxt və necə baş tutacağı bəlli olmasa da, məsələ ilə bağlı daxili müzakirələrin davam etdiyi qeyd edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »