Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kayseri Hava Limanının yeni terminal binası Erciyes və Kapadokya turizmi üçün yeni "nəfəs" gətirəcək
Kayseri Hava Limanının yeni terminal binası Erciyes və Kapadokya turizmi üçün yeni "nəfəs" gətirəcək

Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Kapadokya turizm bölgəsinin hava nəqliyyatında mühüm yeri olan Kayseri Hava Limanının yeni aerovağzal binasının tikintisində 3 ildir aparılan işlərin son mərhələyə çatdığını bildirib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir Uraloğlu verdiyi yazılı açıqlamada bölgənin sənaye, ticarət və turizm potensialını artıracaq bir layihə irəli sürdüklərini, yeni terminal binası ilə illik 2,5 milyon sərnişin tutumunun 6 milyona yüksəldildiyini bildirib.

İç Anadolu Bölgəsində Esenboğa Hava Limanından sonra 2-ci, sərnişin sayında Türkiyədə 11-ci və beynəlxalq sərnişin daşımalarında 7-ci olan Kayseri Hava Limanının yeni terminal binasının tikintisinə 12 Noyabr 2020-ci ildə başlanılıb. Nazir Uraloğlu bildirib ki, ümumilikdə 51 min kvadratmetr sahədə inşa edilən yeni layihə ilə sərnişin tutumunun artdığını, həmçinin parkinq, nəqliyyat və rahatlıq sahələrinin rayonun potensialına uyğunlaşdırıldığını bildirib.

Uraloğlu, Kayseri Hava Limanının sahəsinin 43 min kvadratmetrdən 132 min 500 kvadratmetrə yüksəldildiyini bildirdi: “Beləliklə, önümüzdəki dövrdə Erciyes və Kapadokiyanın inkişaf edən turizm tələbini və bölgənin ticarət həcmini nəzərə alaraq, başda Kayseri olmaqla bölgənin hava nəqliyyatı və nəqliyyatı baxımından əhəmiyyətli bir maneəni geridə qoymuş olduq”, - deyə qeyd edib.

Nazir Uraloğlu bildirib ki, yeni terminal binası daxili və xarici xətlər üçün ortaq terminal binası kimi xidmət edəcək: “Terminalımız ən qısa zamanda istifadəyə veriləcək. Təyyarələrimizin sayı da 9 dayanacaq yerindən 16 dayanacaq yerinə yüksəlib. Yeni terminal binasındakı 6 sərnişin körpüsü sayəsində sərnişinlər yeni daxili və xarici terminal binasına fasiləsiz çata biləcəklər. Yeni tikilən açıq və qapalı dayanacaqlarla 831 avtomobil əlavə tutumu ilə 1311 avtomobil eyni vaxtda nəqliyyat vasitəsindən istifadə edə biləcək”, deyə o, açıqlamada qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »